Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb

Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb
3 mart 2021
# 18:40

Martın 3-də mədəniyyət naziri Anar Kərimovun İstanbul şəhəri Maltepe Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində Türkiyədə yaşayan və fəaliyyət göstərən bir qrup azərbaycanlı incəsənət xadimi ilə görüşü keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, görüşə Xalq artisti, dirijor, İstanbul Konservatoriyasının müəllimi Ramiz Məlikaslanov, Xalq artisti, tanınmış balaban ifaçısı Əlixan Səmədov, Əməkdar incəsənət xadimi, rəssam, İstanbul Yeditəpə Universitetinin müəllimi Teymur Rzayev, Əməkdar incəsənət xadimi, aktrisa, İstanbul Şəhər Bələdiyyə Teatrının rejissoru Məlahət Abbasova, Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əziz, Əməkdar rəssam Yaşar Zeynalov və digər sənətçi soydaşlarımız qatılıb.

Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva da iştirak ediblər.

# 1309 dəfə oxunub

Müəllifin son yazıları

# # #