Türkiyənin Aydın şəhərinin Kuşadası ərazisində yerləşən və tarixəqədərki dövrdən Osmanlıyadək məskunlaşma zonası olmuş "Kadıkalesi-Anaia təpəsi" UNESCO-nun Ümumdünya İrsinin müvəqqəti siyahısına daxil edilib.
Kulis.az xəbər verir ki, arxeoloji qazıntıların 26 ildir fasiləsiz davam etdiyi ərazidə XII əsrə aid Bizans kilsəsi, V əsrə aid müqəddəs su mənbəyi, həmçinin “Het” dövrünə ait heykəllər və qədim daş alətlər aşkar edilib.
Axtarış işlərinin rəhbəri, dosent Suna Çağaptayın təşəbbüsü və “Türkiyə Mədəniyyət və Turizm Nazirliyi”nin təqdimatı ilə baş tutan bu qərardan sonra Türkiyənin “UNESCO-“nun müvəqqəti siyahısındakı mədəniyyət abidələrinin sayı 81-ə çatıb.
Qeyd edək ki, qərarın regionun qorunmasına və beynəlxalq sponsorluq imkanlarının artmasına böyük töhfə verəcəyi gözlənilir.



26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi