“1984” romanı yenidən yazılacaq

"1984"

"1984"

9 dekabr 2021
# 17:30

Amerikalı yazıçı Sandra Nyuman Corc Oruellin "1984" romanını qadın nöqteyi-nəzərindən təkrar yazacaq.

APA TASS-a istinadən xəbər verir ki, Britaniya Yazıçılar Fondu əsərin yenidən nəşri ideyasını təsdiqləyib.

Yeni kitab "Julia" adı altında 2023-cü ildə çıxacaq. Yazıçı baş qəhrəman Uinston Smitin sevgilisi adından “1984” hadisələri haqqında danışacaq.
Yazıçının oğlu və varisi Riçard Bleyr də bu ideyanı təsdiqləyib.

Qeyd edək ki, Oruell Fondu uzun müddətdir ki, uyğun müəllif axtardıqlarını qeyd edib və "Hər kəsin etdiyi yeganə yaxşı şey" (2002) adlı debüt kitabı ilə məşhurlaşan Sandra Nyumanı "ideal namizəd" adlandırıb.

# 1231 dəfə oxunub

Müəllifin son yazıları

# # #