"Spider-Man: Brand New Day" filminin yeni treyleri təqdim olunub.
Kulis.az xəbər verir ki, "Sony Pictures" və "Marvel" ortaqlığı ilə ərsəyə gələn və rejissorluq kürsüsündə Destin Daniel Krettonun əyləşdiyi böyük büdcəli ekran işi iyulun 31-də kinoteatrlarda nümayiş olunacaq.
Yayımlanan yeni görüntülərdə baş qəhrəmanın bu dəfə yalnız cinayətkarlara qarşı deyil, öz güclərinə və dəyişən bədəninə qarşı da mübarizə aparacağı görülüb.
Yeni ekran işində Tom Hollandla yanaşı Mark Ruffalo, Zendaya, Ceykob Batalon, Con Berntal və Seydi Sink kimi məşhur aktyorlar rol alıb.