Macarıstanda Bakı haqqında film çəkilib

Macarıstanda Bakı haqqında film çəkilib
11 aprel 2015
# 11:34

Macarıstanda Azərbaycan paytaxtı haqqında film çəkilib. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Macar Kinematoqrafçılar Gildiyasının üzvü, rejissor Bela Dospod Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə “Dünya paytaxtları” silsiləsindən Bakı haqqında sənədli film üzərində işini başa çatdırıb.

Müəllifin London, Lissabon, Bratislava, Praqa kimi paytaxtlardan bəhs edən filmlərinin ardınca Bakı haqqındakı ekran işi yerli telekanallarla nümayiş etdirilib. 26 dəqiqəlik film Budapeştdən Bakıya rəfiqəsinin yanına gələn macar gəncinin Azərbaycan paytaxtı ilə tanışlığını əks etdirir.

# 860 dəfə oxunub

Müəllifin son yazıları

# # #