Devid Linçin ssenarisi illər sonra ortaya çıxdı

Devid Linçin ssenarisi illər sonra ortaya çıxdı
3 avqust 2026
# 12:50

Amerikalı rejissor Devid Linçin 1980-ci illərdə Mark Frost ilə birlikdə qələmə aldığı absurd komediya layihəsinin təfərrüatları gün üzünə çıxıb.

Kulis.az xəbər verir ki, "Eraserhead" və "Blue Velvet" kimi filmlərin rejissoru Devid Linç "Twin Peaks" serialındakı ortağı Mark Frost ilə birlikdə "One Saliva Bubble" adlı qeyri-adi bədən dəyişmə komediyasının ssenarisini yazıb.

Hollivudun məşhur aktyorları Stiv Martin və Martin Şortun başrollarda çəkilməsi nəzərdə tutulan filmin istehsalı layihəni maliyyələşdirən şirkətin müflisləşməsi səbəbindən çəkilişlərə 6 həftə qalmış ləğv edilib.

Ssenariyə əsasən, Hadisələr Kanzasdakı bir hava limanında hərbi peykdən gələn şüanın təsirilə insanların şəxsiyyət və bədən dəyişdirməsi ətrafında cərəyan edir. Bütün bu xaosa isə məxfi hərbi bazadakı kompyuter panelinin üzərinə düşən tək bir tüpürcək qabarcığı səbəb olur.

Stiv Martin illər sonra bu ssenarini "ustalıq işi" kimi qiymətləndirib.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər