Məşhur sovet filminin ardı çəkilir

Məşhur sovet filminin ardı çəkilir
26 fevral 2018
# 14:18

“Görüş yerini dəyişmək olmaz” filminin ardı çəkiləcək.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, rejissor Dmitriy Şaqin həmkarı Andrey Kuzminlə gələcək filmə ssenari yazıblar.

“Bizim filmimizdə əsas qəhrəmanlardan biri Şarapov Moskva Cinayət Axtarışı şöbəsindəki işindən uzaqlaşıb Leninqrada gedir, bu zaman orda “Qara pişik” cinayətkar dəstəsi hökmranlıq edir. Biz indi foto və videosınaqlar edirikş Süjetsə hamıya bəllidir – Bu, Vayner qardaşlarının “Mərhəmət erası” romanındandır. Hələlik tam aktyor heyəti bəli deyil. Vyaçeslav Butusovun, Jenya Lyubiçin çəkiləcəyini güman edirik.

Xatırladaq ki, Odessa kinostudiyasında 1979-cu ildə çəkilən “Görüş yerini dəyişmək olmaz” sovet kriminal dramı böyük uğur qazandı.

Filmdəki Jeqlyov obrazına və müəllif mahnılarına görə, məşhur aktyor Vladimir Vısotski SSRİ dövlət mükafatına layiq görülmüşdü.

# 823 dəfə oxunub

Müəllifin son yazıları

# # #