Elman Rəfiyev vəzifəsindən istefa verdi

Elman Rəfiyev vəzifəsindən istefa verdi
9 iyul 2025
# 13:11

Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev işdən çıxıb.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, o, bir müddət əvvəl tutduğu vəzifədən kənarlaşıb.

Mədəniyyət Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.

Bildirildi ki, Elman Rəfiyev bir müddət əvvəl öz xahişi ilə ərizə yazaraq işdən ayrılıb.

Qeyd edək ki, Elman Rəfiyev 2009-cu ildən Dövlət Pantomima Teatrının direktoru postunu tutub.

Bir neçə il əvvəl teatrın dövlətə 150 min manatdan çox vergi borcunun olması barədə xəbərlər yayıldı.

Bundan sonra Elman Rəfiyevin ölkədən çıxışına da qadağa qoyulmuşdu.

# 477 dəfə oxunub

Müəllifin son yazıları

# # #