"İçimizdə düşmənimizin ölümünə sevinməyə imkan verməyən əxlaqi instinkt var..." - Henrik Senkeviç

"İçimizdə düşmənimizin ölümünə sevinməyə imkan verməyən əxlaqi instinkt var..." - Henrik Senkeviç
15 noyabr 2026
# 14:00

Bu gün tanınmış polşalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısı Henrik Senkeviçin anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Göy üzü bütöv bir aləmdir, su isə başqa bir aləm və bu iki sonsuzluq arasında insanın ruhu tənha qalır.

***

Həyat gülüşə layiqdir, elə buna görə də insanlar ona gülürlər.

***

Tükənmiş tarlada yalnız alaq otları bitər.

Mən elə bilirəm ki, xoşbəxtlik başqa bir mənbədən - iradədən asılı olmayan, sevgidən qaynaqlanan daha dərin bir bulaqdan gəlir.

***

İçimizdə hətta düşmənimizin ölümünə sevinməyə belə bizə imkan verməyən əxlaqi instinkt var.

***

Buna baxmayaraq, insan bədbəxtliyi və bədxahlığı dənizində bəzən mərhəmət çiçək açırdı, necə ki üfunətli bataqlıqda solğun bir çiçək bitir.

***

Şübhəsiz ki, ləyaqət işin nəticəsindən asılıdır.

***

Deyiblər ki, Polşa ölüb, tükənib, əsarət altındadır, lakin budur - onun həyatının və zəfərinin sübutu.

Bilirəm ki, hətta ən alçaq insanın belə öz əsl xarakterini gizlətmək üçün əlində səs-küylü sözləri vardır.

***

Təcrübədən bilirəm ki, çox düşünən və dərindən hiss edən adama tez-tez elə gəlir ki, o, sadəcə olaraq öz düşüncə və duyğularını qələmə almaqla adi çərçivədən kənara çıxan bir əsər yarada bilər, lakin işə başlayan kimi o, müəyyən bir üslub maneəsinə və qəlibləşmiş ifadələrə qapılır, düşüncələri öz-özünə gəlmir və demək olar ki, qələmi idarə edən ağıl deyil, əksinə, qələmin özü ağlı adi, mənasız və süni yollara sürükləyir.

***

Mən kilsəyə gedirəm, çünki öz skeptisizmimin özünə qarşı şübhə ilə yanaşıram.

***

Həyəcan orqanizmi elə bir sınağa pis hazırlayır ki, onu hətta daha əlverişli şəraitdə belə dözmək asan olmazdı.

***

Hər bir yazıçı ömründə heç olmasa bir dəfə uşaqlar üçün nəsə yazmalıdır.

***

Hesab edirəm ki, dialektikada Sokratın tayıyam. Qadınlara gəlincə, mən də razılaşıram ki, onların hərəsinin üç-dörd ruhu var, lakin heç birində məntiq yoxdur.

Yazıçı peşəsinin elə tikanları var ki, oxucu onların heç xəyalına da gətirmir.

***

Hava şəraitinin gətirdiyi dəyişikliklər olmasa, gün təsbeh üzərindəki iki muncuq kimi bir-birinə bənzəyər.

***

O, yaxşı bir şey düşünmədiyi zamanlarda belə həmişə gülmsəyir.

***

İngiltərə heç vaxt tələsmir, çünki o, əbədidir.

***

Fakt budur ki, təbəqələr arasında bütün qarşılıqlı anlaşmanı istisna edən və eyni zamanda səylər göstərməyi qeyri-mümkün edən nəhəng bir uçurum var.

***

Əgər dənizin sonsuzluğu belə səslənə bilirsə, bəlkə də insan qocaldıqda ona daha tünd və daha dərin sirli başqa bir sonsuzluqdan da çağırışlar gəlir və həyatdan nə qədər çox yorulubsa, bu çağırışlar ona bir o qədər əziz olur.

Gecənin səssizliyi içində, dərənin dərinliyində, cəsədlərin uzandığı tərəfdən qəflətən qeyri-insani, dəhşətli bir gülüş səsi ucaldı, elə bir gülüş ki, orada ümidsizlik də, sevinc də, qəddarlıq da, əzab da, ağrı da, hönkürtü də, istehza da titrəşirdi. Bu, dəlilərin və ya ölümə məhkum olunmuşların ürək dağlayan, isterik gülüşü idi.

***

İdealist əhval-ruhiyyənin həddindən artıq üstünlük təşkil etməsi cəmiyyətə zərərlidir, o, xülyapərəstlik, siyasi Don Kixotluq, göydən ilahi müdaxilə ümidi yaradır. Bu, danılmaz həqiqətdir - lakin hər bir həddin də zərərli olduğu bir həqiqətdir.

***

Xatirələr yazan yazıçı, yaxşı ya pis yazılmasından asılı olmayaraq, səmimi olduğu təqdirdə gələcək psixoloqlara və yazıçılara yalnız etibarlı bir mənzərə deyil, həm də etibar edilə bilən insan sənədləri bəxş edərək onlara xidmət göstərmiş olur.

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

# 43 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər