"Squid Game"in yaradıcısından yeni serial

"Squid Game"in yaradıcısından yeni serial
14 yanvar 2026
# 14:00

“Squid Game” serialının yaradıcısı Hvan Don-Hyuk kult layihənin finalından sonra yeni serial layihəsini açıqlayıb. "Netflix" Hvanın prodüserliyini üzərinə götürdüyü kazino mövzulu kriminal dram “The Dealer” serialının yayımına razılıq verib və əsas aktyor heyətini elan edib.

Kulis.az xəbər verir ki, serial evlənməyə hazırlaşan Geonva adlı gəncin həyatının mənzil fırıldağı planının qurbanına çevrilməsi ilə alt-üst olmasından bəhs edir.

Geonva bu dəfə qumarın təhlükəli yeraltı dünyasına düşür. O, vəziyyətə nəzarəti yenidən ələ almaq üçün uzun müddət gizlətdiyi bacarıqlarını işə salmaq məcburiyyətində qalır.

Serialın ssenari müəllifləri Ohnooy və Li Te-yonqdur.

“The Dealer” eyni zamanda operator Çoi Yonq-Hvanın rejissor kimi ilk işi olacaq.

# 102 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər