Oskarlı aktyordan "Blade" etirafı

Oskarlı aktyordan "Blade"  etirafı
8 iyul 2025
# 17:34

Oskar mükafatlı aktyor Maherşala Əli "Marvel"in uzun müddətdir gecikən "Blade" filmi ilə bağlı verilən suallardan yayınmağa çalışıb.

Kulis.az xəbər verir ki, axırıncı dəfə "Jurassic World: Rebirth" filmində oynayan Maherşala Əli "Vogue" jurnalının "Off the Cuff" proqramında "Blade" haqqında ona ünvanlanan suallara “Məni bu işlərə qatmayın” cavabını verib.

Qeyd edək ki, "Marvel" filmin gələcək taleyi ilə bağlı rəsmi açıqlama verməyib.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #