"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq
23 may 2026
# 13:36

​"Netfliks"in izlənmə rekordları qıran komediya serialı "Emili Parisdə" Yunanıstanda çəkilişləri davam edən altıncı mövsümü ilə pərəstişkarlarına sağollaşmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, platforma rəhbərliyi ötən ilin yanvar ayında təsdiqlədiyi altıncı mövsümün eyni zamanda serialın final mövsümü olacağını açıqlayıb.

"Paramount Television Studios", "Darren Star Productions" və "Jax Media" şirkətlərinin ortaq istehsalı olan ekran işi geridə qoyduğu 5 mövsüm ərzində qlobal məşhurluq qazanıb.

Rəsmi məlumatlara görə, "Emili Parisdə" ilk 5 mövsümü ilə "Netfliks"in qlobal miqyasda ən çox izlənilən ingilisdilli seriallar siyahısında düz 32 həftə qalıb və dünya üzrə 90 fərqli ölkədə birinci pilləyə yüksəlməyi bacarıb.

​Aktyor heyətində Filipin Lerua-Bolyö, Eşli Park, Lukas Bravo və Lüsyen Laviskaunt kimi sənətçilərin yer aldığı serial son dövrdə "Linkoln Loyer" layihəsindən sonra "Netfliks"in bitirəcəyini elan etdiyi ikinci böyük ekran işi olub.

# 69 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər