Qan Turalının romanı çap edildi - FƏLƏK QIRMANCI

Qan Turalının romanı çap edildi - <span style="color:red;"> FƏLƏK QIRMANCI
4 mart 2016
# 10:41

Qan Turalının “Fələk qırmancı” romanı çap olunub.

Roman paralel süjet üzərində qurulub. Müasir dövrdən bəhs edən süjeti yazmaqdan imtina edən yazıçı haqqındadır. Tarixi süjetdə isə gənc sufinin azadlıq arzuları əks olunub.

Romanın adı mərhum yazıçı Mehdi Bəyazidin yazmaq istəyib heç zaman yaza bilmədiyi romanının adından götürülüb.

“Fələk qırmancı” romanı “Mütərcim” nəşriyyatında “Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası” seriyasından çap olunub.

Kitabın redaktoru Səhər Əhməddir.

Məlumat üçün deyək ki, Qan Turalının ilk romanı “Mustafa” 2011-ci ildə çap olunmuşdu.

# 799 dəfə oxunub

Müəllifin son yazıları

# # #