Rus yazıçı barəsində açılan cinayət işi məhkəməyə təqdim edildi

Rus yazıçı barəsində açılan cinayət işi məhkəməyə təqdim edildi
28 oktyabr 2025
# 14:15

Moskvanın Taqan rayon məhkəməsində yazıçı və publisist Boris Akuninə ( Rusiya tərəfindən “xarici agent” və “terrorçu və ekstremistlər siyahısına” daxil edilib) qarşı cinayət işi qeydiyyata alınıb.

Kulis.az xəbər verir ki, iş 27 oktyabr 2025-ci ildə məhkəməyə təqdim edilib.

Yazıçı Rusiya Federasiyasının “xarici agentlər haqqında qanununda nəzərdə tutulmuş vəzifələrdən yayınma” (CM-nin 330.1-ci maddəsi, 2-ci hissə) ittihamı ilə mühakimə olunur.

Məhkəmə iclasının tarixi və müdafiə tərəfinin mövqeyi hələ açıqlanmayıb.

Qeyd edək ki, 2025-ci ilin iyulunda Akunin “terrorizmə açıq şəkildə bəraət qazandırma” və “xarici agent kimi öhdəliklərdən yayınma” ittihamları ilə 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

# 107 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər