Roman müzakirəsi: Orxan Pamuk və Umberto Eko VİDEO

Roman müzakirəsi: Orxan Pamuk və Umberto Eko VİDEO
10 aprel 2013
# 14:49

Türkiyə Boğaziçi Universitetinin yaradılmasının 150 illiyi münasibəti ilə təşkil olunan tədbirlərə İtaliyalı yazıçı Umberto Eko da qatılıb.

Kulis.Az-ın “İHA” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə moderatorluğunu professor Patrizia Violinin etdiyi “A Dialogue on Facts, Fiction, History” (Faktlar, Bədiilik, Tarix haqqında dialoq) müzakirənin qonaqları Orxan Pamuk və Umberto Eko olub.

Müzakirədə çıxış edən Pamuk 7 yaşından 22 yaşına qədər rəssam olmaq istədiyini, lakin ailəsinin onu mühəndis görmək arzusunda olduqlarını söyləyib. Hətta buna görə bir müddət memarlıq fakültəsində də oxuyub: “Nəhayət yalnız bir həyat yaşamaq istədiyimi anladım. Mənə əmr verən, kiməsə əmr verəcəyim bir həyatın olmasını istəmədim”

Umberto Eko isə “Niyə yazıçı oldunuz?” sualına belə cavab verib: “Bəzi insanlar pedofil olur, bəziləri bank soyur, bəziləri Monblana dırmaşır, mən də roman yazıram”.

# 2308 dəfə oxunub

Müəllifin son yazıları

# # #