Məşhurların evliliklərinə son qoyan filmlər - Siyahı

Məşhurların evliliklərinə son qoyan filmlər - Siyahı
17 may 2025
# 11:00

Məşhur ulduzlar çəkiliş meydançasında tərəf müqabilləri ilə eşq yaşadıqlarını etiraf edirlər. Bu filmlərin bəzi evliliklərə də son qoyduğunu bilirdiniz?

Kulis.az məşhurların evliliklərinə son qoyan filmləri təqdim edir.

Məşhurların evliliklərini bitirən filmlər - 1

Mister və missis Smit

Bred Pitt filmin çəkilişləri zamanı Cennifer Enistonla evlənmişdi. Pitt və Coli münasibətlərini inkar etsələr də, film nümayiş olunan il Pitt həyat yoldaşı Enistondan ayrılıb. Bir müddət sonra isə Pitt Coli ilə evlənib.

Məşhurların evliliklərini bitirən filmlər - 2

Rom gündəliyi

Conni Depp və Ember Herdin münasibətinin başlaması Deppin Vanessa Paradislə boşanmasına səbəb olub. Depp və Herd 2015-ci ildə evlənib.

Məşhurların evliliklərinə son qoyan filmlər - 3

Kleopatra

Filmin baş rol ifaçıları Elizabet Teylor və Riçard Börton filmin çəkilişləri zamanı başqa insanlarla evli idilər. Lakin ikisi bir-birini seviblər və həyat yoldaşlarından ayrılıblar. Cütlük çəkilişlər davam edərkən evlənib.

Məşhurların evliliklərini bitirən filmlər - 4

Titanik

Bu dəfə aktyorların yox, filmin rejissorunun evliliyi başa çatıb. Həmin vaxt Linda Hemiltonla evli olan Ceyms Kemeron filmin çəkilişləri zamanı Rouz obrazının nəvəsini canlandıran Suzi Amislə eşq yaşayıb. Hemilton boşandıqlarını "Titanik"in "Oskar"dakı uğurundan bir həftə sonra açıqlayıb. Kemeron və Amis hələ də evlidirlər.

Məşhurların evliliyinə son qoyan filmlər - 5

Yaşıl fənər (2011)

Ehtimal olunur ki, Rayan Reynoldsun Skarlet Yohanson ilə evliliyi bu filmə görə sona çatıb. 2010-cu ildə çəkilişləri başlayan filmdə baş rolları paylaşan Reynolds və Bleyk Livli münasibətlərini dərhal açıqlamasalar da, Reynoldsun evliliyi filmin yayımlandığı il başa çatıb.

Məşhurların evliliyinə son qoyan filmlər - 6

Daredevil (2003)

Ben Afflek və Cennifer Lopez filmin nümayişi zamanı nişanlanmışdılar. Afflekin həmkarı Cennifer Qarner Skott Foley ilə evlənməyə hazırlaşırdı. Qarner və Afflek münasibətlərinə son qoyub 2005-ci ildə evləniblər.

Məşhurların evliliyinə son qoyan filmlər - 7

13 il evli olan cütlük 2018-ci ildə ayrılıb. Afflek 2022-ci ildə Cennifer Lopezlə evlənib.

# 2380 dəfə oxunub

Oxşar xəbərlər

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

12:00 2 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

12:18 1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı

Oskar namizədliyinə iddialı filmlər - Siyahı

10:21 1 oktyabr 2026
Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

14:00 30 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər