Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, rejissor, ssenarist Ziya Şıxlinski yeni filmin çəkilişlərinə hazırlaşır.
Kulis.az xəbər verir ki, qısametrajlı sənədli film 25 dekabr 2024-cü ildə Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin stüardessası Hökümə Əliyevanın həyatından bəhs edəcək.
Hökümə Əliyevanın qəza anında göstərdiyi cəsarət, səbir və möhkəm iradə ölümdən qayıdan xeyli insana yaşamaq gücü verib, saatlarla havada asılı qalan təyyarədə sərnişinlərə aşıladığı ümidlə dolu sözlər böyükdən-kiçiyə hər kəsin yaddaşında dərin iz buraxıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Əliyeva Hökümə Cəlil qızı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.
Qeyd edək ki, Hökümə Əliyevaya həsr olunmuş qısametrajlı sənədli filmin çəkilişlərinin yaxın zamanlarda baş tutması planlaşdırılıb. Filmin bədii rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev, ssenari müəllifi, rejissor Ziya Şıxlinski, operatoru AKİ İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi Adil Abbasovdur.
Hökümə Əliyeva haqqında film çəkiləcək
Oxşar xəbərlər
“Cənnət yuxusu” filmi təqdim edildi
17:35
7 may 2026
“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq
15:29
7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa
11:36
7 may 2026
“İşıq” filmi üzərində son tamamlama işləri aparılır
18:11
6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra
12:10
6 may 2026
Türkiyədə Azərbaycan Kinosu Günləri
10:07
6 may 2026