İspaniya tarixinin sarsıdıcı hadisələrindən birini ekrana gətirən "El Nino" ("Uşaq") bədii filmi 27 noyabr 2026-cı il tarixində "Netflix" platformasında yayımlanacaq.
Kulis.az xəbər verir ki, Fernando Aramburunun eyniadlı romanı əsasında rejissor Mariano Barrosanın çəkdiyi ekran işi 1980-ci ildə Ortuelyada baş vermiş real faciəvi hadisələri (Məktəbdə baş vermiş qaz partlayışı) əks etdirir.
Filmdə baş rolları "La Casa De Papel" serialı ilə tanınan Belen Kuesta, Karra Elexalde və Rakel Ferri canlandırır.
Qeyd edək ki, çəkilişləri Madrid şəhərində aparılan dram İspaniya cəmiyyətinin tarixi yaddaşındakı ağır izləri və faciədə həyatını itirən uşaqların xatirəsini ehtiramla yad etməyi hədəfləyir.