Bakıda Rusiya kinosu günləri keçiriləcək

Bakıda Rusiya kinosu günləri keçiriləcək
1 aprel 2024
# 09:15

Aprelin 24-27-də Bakıdakı “Nizami” kino mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək.

Kulis.az xəbər verir ki, “Azərbaycanda Rusiya kinosu günləri”nin proqramına Rusiyanın dörd yeni tammetrajlı filminin nümayişi, baxılmış filmlərin müzakirəsi və filmləri təmsil edən artistlərlə ənənəvi yaradıcılıq görüşləri daxil edilib.

Aprelin 24-də “Azərbaycanda rus kinosu günləri”nin təntənəli açılışı çərçivəsində Nikolay Lebedevin rejissoru olduğu “Nürnberq” (12+) filminin nümayişi keçiriləcək. Filmi baş rolun ifaçısı, Dövlət Millətlər Teatrının aktyoru Sergey Kempo təqdim edəcək.

Film 1945-ci ildə Nürnberqdə keçirilən Beynəlxalq Hərbi tribunalı işə başlamazdan əvvəl iki gəncin görüşündən bəhs edir. Prosesdə işləmək üçün Nürnberqə gələnlər arasında polkovnik Miqaçovun rəhbərliyi altında sovet nümayəndə heyətinin tərkibində tərcüməçi kimi işləməyə gələn İqor Volqin var. Bir gün o, Nürnberq küçələrinin birində rus qızı Lena ilə rastlaşır. Onların arasında yaranan sevgi böyük sınaqlarla üzləşəcək.

Filmin nümayişi saat 19:00-da başlanır.

"Qağayı" (16+) debüt filmini aprelin 25-də filmin rejissoru və ssenaristi, Vladimir Mayakovski adına Teatrın aktrisası, əfsanəvi Alla Surikovanın tələbəsi, Lazarev-Nemolyev teatr sülaləsinin nümayəndəsi Polina Lazareva təqdim edəcək.

Film iki gənc qız və orta yaş böhranı keçirən uğurlu bir yazıçı arasındakı sevgi üçbucağına həsr olunub. Bu ekran əsəri, ehtirasla sevgiyə can atan insanlar, onların xəyalları, istəkləri və arzuları haqqında istehzalı hekayədir.

Filmin nümayişi saat 17.00-da başlanır.

Tədbirin üçüncü günü - aprelin 26-da iki film nümayişi etdiriləcək. Belə ki, əvvəlcə tamaşaçılara rejissor Qriqori Vojakinin "Çink: Quyruqlu detektiv" (6+) cizgi filmi təqdim olunacaq. Süjetə görə, macəra axtaran dələ Çink əsl dedektiv olmağı xəyal etsə də, təəssüf ki, onun köməyi əksinə, bir çox hallarda problemə çevrilir.

Filmin nümayişi saat 17.00-da başlanır.

Elə həmin gün rejissor Georgi İlyinin “Partizan meşəsinin xəzinələri” (12+) filminin nümayişi olacaq. Kinolentdə baş rolun ifaçısı, Rusiyanın “Çayka” (“Qağayı”) Teatr Mükafatının laureatı, Moskvanın fəxri incəsənət xadimi, məşhur teatr və kino aktrisası Yelena Zaxarova təqdim edəcək.

Film 1941-ci ilin iyununda, alman işğalçılarının kiçik sərhəd şəhərlərinə və qəsəbələrinə girərək mülki insanlara zərər vurduqları zamanı təsvir edir. Həmin vaxt şəhərlərdən birində nadir antik sikkələrin və ordenlərin nümayişi keçirilir. Muzeyin direktoru Marişa və Mişa adlı uşaqların köməyi ilə bu misilsiz eksponatları qorumağa çalışır.

Filmin nümayişi saat 19.00-da başlanır.

“Rusiya kinosu günləri” aprelin 27-də baş rolun ifaçısı, Arkadi Raykin adına Rusiya Dövlət “Satirikon” Teatrının aktyoru Aleksey Bardukov tərəfindən təqdim ediləcək və rejissor Andrey Bulanovun çəkdiyi “Xokkey ataları”(6+) filminin nümayişi ilə başa çatacaq.

Filmin baş qəhrəmanı Andrey kiçik əyalət şəhərlərindən birinin uşaq xokkey komandasının məşqçisidir. Onun nizamlı həyatı, Andreyin uşaqları məşq etdirdiyi və şəhərdə yeganə olan buz sarayının söküləcəyinə dair xəbərlə alt-üst olur. Buz sarayını xilas etməyin yeganə yolu həvəskar xokkey turnirində qalib gəlməkdir. Buna görə, Andrey özünə komanda toplayaraq, bu məsuliyyətli oyunlara hazırlaşmaq qərarına gəlir.

Filmin nümayişi saat 19.00-da başlanır.

Proqramdakı filmlərin nümayişinə giriş pulsuzdur. Tədbirlərin aparıcısı teatr və kino aktrisası Polina Neçitaylodur.

# 2460 dəfə oxunub

Oxşar xəbərlər

“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər