82-ci “Qızıl qlobus” mükafatları kimlərə qismət olub?

82-ci “Qızıl qlobus” mükafatları kimlərə qismət olub?
7 yanvar 2025
# 10:20

ABŞ-də Hollivud Xarici Mətbuat Assosiasiyasının (Hollywood Foreign Press Association – Hollivudda akkreditə olunmuş əcnəbi jurnalistlərin birliyi) təsis etdiyi “Qızıl qlobus” mükafatının (Golden Globe Award) növbəti, 82-ci təqdimatı olub.

Kulis.az xəbər verir ki, audiovizual sənət üzrə 2025-ci ilin ilk mükafatının sahibləri yanvarın 6-na keçən gecə Beverli-Hills şəhərində (Kaliforniya ştatı) təşkil olunan mərasimdə elan edilib.

Dram janrında ən yaxşı ekran əsəri kimi amerikalı rejissor Breydi Korbetin (Brady Corbet) “Brutalist” filmi “Qızıl qlobus”a layiq görülüb. Bu filmdə çəkilən Adrien Brodi isə ən yaxşı dramatik aktyor seçilib.

Xarici dildə (ingilis dilində olmayan) ən yaxşı film kimi mükafata fransız rejissor Jak Odiarın “Emiliya Peres” filmi layiq görülüb. Bu ekran işi, həmçinin ən yaxşı müzikl janrında “Qızıl qlobus” qazanıb. Amerikalı aktrisa Zoi Saldana bu filmdəki ən yaxşı ikinci plan qadın roluna görə mükafat alıb.

Ən yaxşı ssenari mükafatını alman rejissor Edvard Bergerin “Konklav” filminin mətnini yazan Piter Stroqan alıb.

Ən yaxşı ikinci plan kişi roluna görə “Real ağrı” filmində çəkilən Kiran Kalkin təltif olunub. Dram serialında ən yaxşı kişi və qadın rollarına görə mükafatları “Sequn” filmində oynayan Hiroyuki Sanada və Anna Savai qazanıblar.

Ən yaxşı mini serial “Maral balası” olub. Kolin Farrell (“Pinqvin”) və Codi Foster (“Əsl dedektiv: Gecə ölkəsi”) mini serial üzrə ən yaxşı aktyor və aktrisa mükafatlarını alıblar. “Hiylələr” ən yaxşı komediya serialı kimi, Ceremi Allen Uayt (“Ayı”) və Cin Smart (“Hiylələr”) komediya serialında ən yaxşı aktyor və aktrisa kimi “Qızıl qlobus”a sahib çıxıblar.

62 yaşlı amerikalı aktrisa Demi Mur isə “Substansiya” filmindəki baş roluna görə (“Musiqili komediyada ən yaxşı aktrisa” kateqoriyası) ilk “Qızıl qlobus” mükafatını qazanıb.

Ümumilikdə 27 film və televiziya nominasiyası üzrə “Qızıl qlobus”un qalibləri elan edilib. “Emiliya Peres” filmi ən çox – 10 nominasiya üzrə qalib olub.

1944-cü ildən təqdimatı keçirilən “Qızıl qlobus” ABŞ-də nüfuzuna görə “Oskar”dan sonra ikinci ən əhəmiyyətli film mükafatıdır.

# 1357 dəfə oxunub

Oxşar xəbərlər

Nazim Hikmətlə dost olan, Nəriman Nərimanovla bağlı filmə görə sıxışdırılan Xalq artisti

Nazim Hikmətlə dost olan, Nəriman Nərimanovla bağlı filmə görə sıxışdırılan Xalq artisti

13:30 20 sentyabr 2025
“Kızılcık Şerbeti” kanal dəyişir? – Açıqlama

“Kızılcık Şerbeti” kanal dəyişir? – Açıqlama

14:38 19 sentyabr 2025
Macəra janrında “Akınak. İşquz qılıncı”  filmi çəkilir

Macəra janrında “Akınak. İşquz qılıncı” filmi çəkilir

12:47 19 sentyabr 2025
Tanınmış Hollivud aktyoru evində ölü tapıldı

Tanınmış Hollivud aktyoru evində ölü tapıldı

12:20 19 sentyabr 2025
Martin Skorsezedən yeni film

Martin Skorsezedən yeni film

11:19 19 sentyabr 2025
Ozzi Osborn haqqında yeni sənədli filmin premyerası olacaq

Ozzi Osborn haqqında yeni sənədli filmin premyerası olacaq

11:00 19 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər