Dayısı atasını qətlə yetirən, yadplanetlilərlə görüşən, cəsədi kəsməyə qorxan Xalq yazıçısı

Dayısı atasını qətlə yetirən, yadplanetlilərlə görüşən, cəsədi kəsməyə qorxan Xalq yazıçısı
12 iyun 2019
# 13:22

Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür. Kulis.az bu münasibətlə yazıçının həyatından maraqlı faktları təqdim edir.

1) Qızının söylədiyinə görə, çox yerlibaz imiş. Deyirmiş, yerlilərim məni daha yaxşı duya bilir. Bu sevgi həm də atasına münasibətdən gəlirdi. Atası onun idealı idi.

Related image

2) İsa Muğanna İsa peyğəmbərin yaşında ölmək istədiyini demişdi... Deyirdi ki, gündə üç dəfə İsa peyğəmbərlə söhbət edirəm. Tez-tez yadplanetlilərlə görüşdüyünü də deyirdi.

Related image

3) İsa Hüseynovun Əkrəm Əylisliylə münaqişəsi vardı. Bir dəfə ona hirslənib demişdi: “Əkrəm, “povestuşka”larını da götür rədd ol burdan!” O, Azərbaycan Yazıçılar Birliyinin qurultayında da yerindən qalxaraq əsəbi halda Əkrəm Əylislinin Ağsaqqallar şurasından kənar edilməsini tələb etmişdi.

Related image

4) Dediyinə görə, “İdeal” romanını ömrünün sonuna qədər redaktə edib. Əsəri ən mükəmməl vəziyyətə gətirənə qədər işləyəcəyini deyib. Çoxu isə bu redaktələrlə əsərin təbii ruhuna xələlə gətirdiyini düşünür.

Related image

5) Sovet vaxtı Nəriman Nərimanovun Lenindən böyük adam olduğunu söyləyib və təzyiqlərlə üzləşib.

Related image

6) Mehdi Hüseyn həmişə onu danlayırmış ki, atandan çox yazırsan. İsa Hüseynovun cavabı özünü çox gözlətmir: “Atamı yaxşı tanıyıram”.

Görüntünün olası içeriği: 2 kişi, Rustam Kamal dahil

7) İlk povesti “Bizim qızlar”a görə Mircəfər Bağırov onu möhkəm tənqid edib. Sonra hər şey yat-küt olub. İsa Hüseynov üstündən xeyli vaxt keçəndən sonra bu povestdən imtina edib.

Görüntünün olası içeriği: 1 kişi

8) İlk dəfə 1985-ci ildə ün (səs) eşidib. Onda “Yanar ürək” əsərinin üzərində yeddinci dəfə işləyirmiş. Dünyada İusus adı ilə tanınan Ey Sar onunla danışmağa başlayıb. Yazıçını danlayıb ki, bir romanı nə qədər yazmaq olar, əl çək bu romandan, mən sənə müasir bir roman mövzusu verəcəm, onu yazarsan. Bundan sonra İsa Hüseynov “İdeal” romanını yazmağa başlayıb.

Related image

9) Tibb İnstitutundan imtina edib. Dediyinə görə, dayısının təkidi ilə sənədlərini bura veribmiş. Dərslərin birində cərrahiyə əməliyyatında iştirak edib. Professor cəsədin ayıb yerini kəsməsini istəyib ondan. Yazıçı buna çox qəzəblənib və qayçını professorun üstünə atıb birdəfəlik Tibb İnstitutundan gedib. Xəbəri eşidən dayısı qəzəblənib ona bir şillə vurub. İsa Hüseynov deyir, bundan sonra dayısı ilə konflikti başlayıb. Və sonralar öyrənib ki, sən demə, dayısı atasının qatiliymiş. Nazirlərin birinin sifarişi ilə dayısı atasını öldürübmüş.

Image result for İsa Muğanna

10) Özünün dediyinə görə, dörd dəfə infarkt keçirib və bu anları yazıçı bu cür şərh edib: “Beləcə, qəşəng kanal açılırdı, deyirdim, məni aparırsınız? Bir dəfə lap kobud cavab verdilər. Dedilər ki, sənin kimi zibillərlə bura doludur, otur aşağı, işini gör.”

Image result for İsa Muğanna

# 4676 dəfə oxunub

Oxşar xəbərlər

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

15:47 19 sentyabr 2025
"Adəmlə Həvva Yer üzünə qovulduqdan sonra..." - "Həcc gündəliyi"nin gizlin tərəfləri

"Adəmlə Həvva Yer üzünə qovulduqdan sonra..." - "Həcc gündəliyi"nin gizlin tərəfləri

14:55 19 sentyabr 2025
Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

13:45 19 sentyabr 2025
Məşhur müğənniyə cinayət işi açıldı

Məşhur müğənniyə cinayət işi açıldı

10:54 19 sentyabr 2025
"Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən..." - 21-ci əsrin ən yaxşı Azərbaycan romanları

"Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən..." - 21-ci əsrin ən yaxşı Azərbaycan romanları

14:00 18 sentyabr 2025
Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər