"Hesab elə ki, gecə də bir sığınacaqdır..." - İngilis Poeziyasından Şeirlər

"Hesab elə ki, gecə də bir sığınacaqdır..." - İngilis Poeziyasından Şeirlər
21 iyun 2019
# 16:25

Kulis.az modern ingilis poeziyasından Elis Osvaldın şeirlərini təqdim edir.

Elis 1966-cı il təvəllüdlü Britaniya şairidir, 2002-ci ildə T.S.Eliot poeziya mükafatını alıb. Elis Osvaldın belə bir fikri onun şair naturasını anlamağa tam yardımçı ola bilər:

“...Şair olmaq bacardığın qədər yaxşı insan olmaq kimi ciddi, uzun vaxt tələb eləyən və təbii bir prosesdir. Nəyisə ifadə etmək heç də yüksək təhsilin olmasına, yaxud poetik formaları beş barmağın kimi bilməyə dəlalət eləməz, bu, sadəcə, diqqət yönəltməkdir nəyəsə və orada ilişib qalmaq...”

Haçansa yarı güldüm, yarı mən,

Görünmürdüm, yoxluğum güzgülərdə

yaşardı,

O görünməyən gül ki var... içimdə qalıb

həmişə,

Kor kimi əlləriylə gəzib itik düşəni,

Susub qalıb ömürlük, adına yorğunluq deyək, üzücü...

Haçansa yarı qarğı, yarı səsdim,

İçimdəki mağaradan çıxıb söz olmaq istəyirdim,

Həmişə,

Həmişə gözlərimi axan çaya zilləyib,

Başımı yana əyib,

Böyrü üstə uzanıb,

Baxır, baxır, susurdum...

Hə, nə vaxtsa yarı yara, yarı ahdım

Bir zamanlar nə o oldum, nə də bu,

Alovdum, su içində

Dərya kənarı - qəlbin tufanında

Sonuncu əksimi geyinib çıxıb getdim

Qəlbim damcı-damcı axdı qaranlığın təkinə

Yorğun, arğın, sustalmış... oturdum,

Gördüyüm yuxunun sahilində

Qan laxtası...

***

Bu gün ölmək istəmirəm,

Ancaq kiminsə ardınca gedib dünyaya

Qocaların gözüylə baxasan

Bilirəm ki, göylərdəki nöqtələr arasında

Orta əsrlərin

Varlıqları yaşayır...

Sakitcə hesab elə ki, gecə də bir sığınacaqdır

Qocalmış adamlar üçün,

hesab elə ki,

Bu olsa-olsa Kadillakın* örtüsüdü

Faraları Kembri işığıdı və

Roma İmperiyası kimi çökür

On yeddimin tamamında...

*Cadillac - amerikan avtomobil markası

İngiliscədən tərcümə etdi: Cavanşir Yusifli

/ http://edebiyyatqazeti.az/

# 3335 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər