Əlisəmid Kürün Adil Mirseyidə həsr etdiyi ŞEİR

Əlisəmid Kürün Adil Mirseyidə həsr etdiyi <span style="color:red;">ŞEİR
22 dekabr 2014
# 16:37

Bir az aralıda həsrət və qürbət

Adil Mirseyidin əziz xatirəsinə

O, şair idi – onu deyirəm...

Güzgüdə oxşarını görüb

üzünü gizlədən adam,

güzgüdə yuxusu çin olan adam

baxıb görər

bu şəhər başdan-ayağa paltar dükanı...

Bir az aralıda

vitrində Rodenin “Mütəfəkkir”i

çılpaq,

Rubensin gözləri kədərli...

Bir az aralıda

Xəzər dənizi –

Kürün deltasında bir yaşıl yarpaq...

Bir az aralıda

intihar etməyə Sena çayı,

Plase des Vesker bağında

bir qərib türbə –

bir az aralıda həsrət və qürbət!

O, rəssam idi – onu deyirəm...

Küsəyən bulud adam –

Kətan tapmayanda yağlı boyada

ağ kağıza köçürərdi rəsmlərini,

sulu boyada çəkərdi göy üzünü –

göy üzü onu çəkərdi,

qeybə çəkilərdi buludlarda

küsəyən bulud adam,

bulud üstə çömbələn

adda-budda Budda adam...

O, şair idi,

O, rəssam idi – onu deyirəm...

Minor səsli nəğmə adam.

O – həm səsdi, həm də sözdü.

İki səsin dueti

iki sözün dueli deyil,

güzgüdən qaçan,

buluddan çıxan “Ay süvarisi”,

eşitdinmi?

Bir az aralıda

zəng çalır Bakıda Notr-dam kilsəsi...

Bir az aralıda

Parisdə Monpamasye məhəlləsi...

Cümə məscidinin azan səsi...

Bir az aralıda həsrət və qürbət...

Parisə gedən qatarlara

bilet satılmır Ləki vağzalında,

Qəbiristanlığında yer tapılır qərib şairinə.

Bir bax,

bir az aralıda

sevdiyin əncir ağacı əl uzadıb baş daşına...

Bir az aralıda

ana qəbri – vəfalı,

qardaş qəbri – aralı.

İnanmırdın, inanmazdın,

Bakı – Parisdən,

Ləki – Bakıdan vəfalı...

28 sentyabr 2014

# 3461 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər