Sevişəndə yatağına, ayrılanda yuxuna gəlirdim – YENİ ŞEİRLƏR

Sevişəndə yatağına, ayrılanda yuxuna gəlirdim – YENİ ŞEİRLƏR
12 aprel 2018
# 12:35

Kulis.az gənc şair Rəvan Cavidin yeni şeirlərini təqdim edir.

Şair

Adamlar

Allahın şeirləridir;

kimi qafiyəli,

kimi qafiyəsiz yaşayır...

Xərçəng xəstəsi sevgi

İkinəfərlik şeir

- gəl ikimiz oxuyaq,

sonra sən evinə get,

mən də bir kafe tapım,

içim sağlığımıza,

içim yoxluğumuza.

Səni sevgilin üzsün,

məni bu əclaf xərçəng.

Mən təzə həb gözləyim,

sən də bir buket çiçək.

Sənə gülmək yaraşır...

mənə gülmək xeyirdi,

həkimlərim deyirdi...

Sən Bakının gündüzü,

mən Bakının gecəsi...

Sən - mənasız adamlar,

Mən - darıxan şairlər,

üşüyən musiqilər,

içki, siqaret, şamlar...

Məndən əvvəl ölərsən,

əvvəl ölərsən ki, mən

öləndə sarılmağa

orda bir adam olsun.

Hara?

Sən mənim üçün “kim?” yox,

“hara?” sualına cavab idin;

sevəndə qucağına,

darıxanda dizinə,

sevişəndə yatağına,

ayrılanda yuxuna gəlirdim.

Sən mənim üçün daha çox

“hara?” sualına cavab idin;

qoxun saçlarından,

boynundan,

boğazından,

qoynundan gəlirdi.

Sən mənim üçün daha çox

“hara?” sualına cavab idin;

dodaqlarından öpəndə kişi,

gözündən öpəndə Allah olurdum,

cənnət kimi idin,

səndə bütün günahlar da

mükafat idi.

Sən mənim üçün daha çox

“hara?” sualı idin

- gedəndə cavabsız qoyduğun

“hara?” sualı kimi...

***

Mən həmişə yalançıyam,

inan mənə,

yalançıyam həmişə,

gəlməyimə inanma,

getməyim də bənzəyir

yalançı şairlərin siqaret vərdişinə.

Bakı;

burda heç kim inanmır “sevgi” sözünə,

mən də başdan-ayağa yalançıyam, sevgilim,

inan mənim sözümə!

Mən bütün qadınları

bir şeirlik sevirəm.

səni də aldatmışam neçə şeir,

bilmirəm...

Mən də Allah kimiyəm,

yalanımı yuyuram

sənin günahlarınla,

günahın inanmaqdı,

davam et,

inan mənə...

# 2467 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər