Nağıllardakı divlər realdır - ARAŞDIRMA

Nağıllardakı divlər realdır - <span style="color:red;">ARAŞDIRMA
29 dekabr 2015
# 12:33

Alman mifoloji məktəbinin banisi Fridrix Şillenqin “millət öz əfsanələri ilə doğulur” kəlməsi məni nağıllarımız barədə düşünməyə vadar etdi.

Məlumdur ki, bizim nağıllarımızda həm şərq, həm qərb, həm də yunan-ellin mədəniyyətinin izləri var. Başqasının izlərində öz izlərimizi tapmaq kimi hiss etdim. Niyə? Məsələn, hamının bildiyi div obrazı...

Bu yaxınlarda dekonstruksiya etmək istədiyim “Cırtdan” nağılını yazmazdan öncə xeyli araşdırmalar etdim. Mən nağıldakı divi tamamən silməyi düşünürdüm, çünki uşaqların qorxulu, mifik obrazlardan bixəbər olmasını istəyirəm. Özüm o nağıllarla böyüyüb qaranlıq qorxularımı yenməklə uğraşmışam. Ona görə də uşaqların bu nağıllarla böyüməyini istəmirəm.

Div hind nağıllarında qəhrəmandır. Hindlilər farslarla müharibə edəndə göygöz və təkgöz olan divi köməyə çağırırdılar. Div iri olduğuna görəmi qorxunc və mənfi tip kimi göstərilib? Amma digər tərəfdən ərəblərin qorxunc düşməninə çevrilmişdir. Görəsən bizim nağıllarda öz gerçək əksini necə tapır. Nağılların, dastanların, dini kitabların belə kəskin surətdə bir-birinə oxşadığı halda xarici tənqidçilərin gəldiyi qənaətə əsasən Azərbaycan dastanındakı div yunan mifologiyasından daha qədimdir.

Məni maraqlandıran ən əsas sual isə görülməyən varlığın ,cin, şeytan, div kimi məxluqların varlığının təxəyyül məhsuluna necə çevrilməsidir. Hətta dini mənbələrdə də div barədə məlumat var.


İndi Füzulinin “İşıqlı kənd qəbirisanlığı”nda uyuyan 87 yaşlı nənəmin dediyinə görə həmin qəbiristanlıqda o, uşaq vaxtı rusların iri bir qəbri açdıqlarına tamaşa edirmiş. Qəbrdəki məxluqun ayaqları təxmini 7 metr imiş. Uğuz, yəni oğuz qəbri adlandırırmışlar o qəbri. Sonralar pirə çevrilən bu qəbri Novruz bayramlarında ziyarət edərdilər. Bayram günlərində ərə getməyən, övladı olmayan adamlar dilək tutardı.


Bir vaxtlar bu böyük məxluqlar sadəcə nağıldır deyildiyi halda elmi araşdırmalar nəticəsində onların ayaq izlərinə də rast gəlinmişdir. Cənubi Afrikada 4 metrlik ayaq izi tapılıb. 1976-cı ildə məşhur antropoloq Mary Çatlak Laetoli Tanzaniyada 70 iri insan ayağının izinə rast gəlib.

1925-ci ildə bu barədə daha bir araşdırma aparılır. Araşdırmada James Higgins tərəfindən kəşf edilən prehistorik mənşəli olduğu bildirilən qədim ayaq izi aşkarlanır. Bu ayaq izinin uzunluğu təxminən 8 metr olur.

Gürcüstanda 10 metrlik kəllə sümüyünə rast gəlinib.

Varlıqları lap qədimlərə dayanan nəhəng varlıqlara necə oldu nağıllar qoşuldu. Hətta yunan miflərində belə tanrılar, titanlarla və divlər arasında düşmənçilik vardı.

Divlərə Səmavi dinlərdə və digər əski inanclarda da bir sıra işarələr edilmişdir. Ümumilikdə təsvir eynidir: ilk insan yaradılışından əvvəl yaşamış, “Tanrı oğulları” olaraq bilinən və tanrının insan oğullarıyla əlaqəyə girən yeddi mələyindən törəmişlər. Hanok kitabına görə Nuh peyğəmbər də doğularkən adı çəkilən divlərlə eyni özəlliklərə sahib olmuşdur.

Bir neçə il öncə Ərəbistanda bir qazıntı zamanı tapılan sümüklər bu şübhələri və araşdırmaları daha da dəqiqləşdirdi.

İnsan divlərdən nə qədər gücsüz olsalar da sonda qalib gəlirlər. Çağdaş uşaq nəsrində folklor nümunələri yazılmasına baxmayaraq ilkin məna - şər və xeyr anlamı itmir. Məsələn Zahid Xəlilin “Ağ div” nağılı... Keçmişdə nə qədər zülm, hökmranlıq etsə də bu dövrdə gücsüzdür. Bu nağılı oxuyanda anladım ki, dekonstruksiya edəcəyim nağıldan divi tamamən silməməliyəm.


Uşaq olanda hamımızı xortdan, div kimi məxluqlarla qorxudub, “Yatmasan, gəlib səni aparacaq” – deyə qorxudurdular. Qorxu isə insana xas bir instinktdir. Bəzən insan özü-özünü də qorxudur. Qaranlıqdan qorxmaq kimi. İndi TV cizgi filmləri ilə böyüyən uşaqlar qaranlıqdan qorxmur, məsələn. Onlar o qaranlığa şamsız da, şamla da girə bilirlər. Çünki qaranlıqda heç nə yoxdu.

# 3593 dəfə oxunub

Oxşar xəbərlər

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

12:00 3 may 2024
Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
#
#
# # #