Kitabsevərin diqqətinə: telefonunuzda bu proqramlar olsun!

Kitabsevərin diqqətinə: telefonunuzda bu proqramlar olsun!
10 avqust 2017
# 14:13

İnternetlə iç-içə yaşayanlar hansı proqramın nə qədər yararlı olduğunu, hansı proqramın kimlər üçün nəzərdə tutulduğunu və nə zaman istifadə ediləcəyini yaxşı bilirlər. Hər internet istifadəçisinin mobil telefonundakı əlavə proqramlara baxmaqla onun zövqünü və marağını asanlıqla təyin etmək olar. Bəs, ədəbiyyatsevərlərin telefonlarında hansı əlavələrə rast gələ bilərik? "onedio.com” saytı ədəbiyyatsevərlərin mobil telefonlarına tətbiq edə biləcəkləri yararlı proqramları araşdırıb.

1.Kitabxanam – Bu proqram vasitəsilə evinizdə oxumağı planlaşdırdığınız və ya oxuduğunuz kitabları elektron versiyada telefonunuza köçürə, qruplaşdıra bilərsiniz. Beləliklə, qiraət hədəfinizi diqqətlə izləyib, hansı kitabların uzun müddətdir oxunmağı gözlədiyini təyin edəcəksiniz. Kitabları telefonunuzun yaddaşına qeyd etməyiniz üçün sadəcə ştrix kodlarını yazıb axtarmalısınız.

2. Sürətli oxuma – buna oxşar bir çox proqram var. Amma proqramın köməyi ilə sürətli oxuması ilə öyünən hamıya meydan oxuya bilərsiniz. İşəyararlığı? Hər şey rejimli işləməkdən asılıdır.

3. Kitab mağazası – Daha çox ikinci əl kitabların alınıb-satıldığı veb proqram. Bu proqramın köməyi ilə əlinizdəki kitabları sata, satışa qoyulanlarla dəyişdirə və ya adi mağazalarda tapmadığınız kitabları satın ala bilərsiniz.

4. Yazarı izlə - bu proqramı yükləyir və sevdiyiniz bir yazarı seçirsiniz. Onun sosial şəbəkə hesablarındakı gündəlik paylaşımları, şəxsi həyatı və karyerası ilə bağlı xəbərləri, mətbuatda dərc olunan yazılarını proqram vasitəsilə izləyəcəksiniz.

5. E-kitabxana – Telefonunuzu Kindle kimi bir alətə çevirən proqramdır. İstədiyiniz kitabı onlayn alıb oxuya bilərsiniz.

6. Çevirici – Oxuduğunuz kitabda yaddaşa vermək istədiyiniz səhifələrin və ya hissələrin şəklini çəkirsiniz. Bu proqramın ana yaddaşına daxil edir, mətni yazı formasında götürürsünüz.

Похожее изображение

7. Night Light – Bu tətbiq telefonunuzun ekran işığını kitab oxumağa uyğunlaşdırır.

8. Kobo – Kobo dünya üzərində ən çox tətbiq olunan proqramdır. Sizə təcili lazım olan və dərhal əldə etmək istədiyiniz kitabları tapmağınızda yararlı olacaq.

9. Kalibro – Bu da sistem etibarilə Kobo kimidir. Sadəcə hər proqramın arxivi fərqli internet ünvanlarına bağlıdır.

10. Moon+reader – Bu proqramdan yalnız Android istifadəçiləri yararlanırlar. Kitabxananızda olan kitabları asanlıqla bu proqrama yükləyə və ondan hər istifadənin əvəzində müəyyən məbləğdə ödəniş əldə edə bilərsiniz. /artkaspi.az/

# 2514 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər