Ələkbər Tağıyevin mahnılarından ibarət konsert olacaq

Ələkbər Tağıyevin mahnılarından ibarət konsert olacaq
8 may 2018
# 09:50

Mayın 31-də Heydər Əliyev Sarayında tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin mahnılardan ibarət konsert proqramı keçiriləcək.

APA-nın məlumatına görə, konsert proqramında xalq artistləri Brilliant Dadaşova, Mənsum İbrahimov, Nazpəri Dostəliyeva, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Zaur Rzayev, Nəzakət Teymurova, Samir Cəfərov, əməkdar artistlər Mətanət İsgəndərli, Zöhrə Abdullayeva, Almaz Orucova, Zakir Əliyev, Gülüstan Əliyeva, Fehruz Səxavət, Abbas Bağırov, Lalə Məmmədova, Firuzə İbadova, Nuriyyə Hüseynova, tanınmış müğənnilər Nadir Qafarzadə, İzzət Bağırov, Könül Kərimova, Elton Hüseynəliyev, Orxan Cəlil, Nigar Cəlilova, Günay İmamverdiyeva, Nurlan Əzizbəyli, Zamiq Hüseynov, Pərviz Qasımov, Nicat Cəfərzadə, Səbinə Ərəbli, Rəvanə Əmiraslanlı, Almaxanım Əhmədli, Kamilə Nəbiyeva, Fuad Musayev, Ayşən Mehdiyeva, Rövşən Əziz, Səbinə Babayeva, Aqşin Abdullayev və Sərxan Bünyadzadə iştirak edəcəklər.

Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi bir çox sevilən mahnılar bəxş edib. Bəstəkarın "Sən gəlməz oldun", "Arzu qızım", "Sənə qurban", "Sədaqətim var" kimi mahnıları dəfələrlə xarici müğənnilərin repertuarına daxil olub.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-60 manat təşkil edir.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Qeyd edək ki, APA tədbirin informasiya dəstəkçisidir.

# 1311 dəfə oxunub

Oxşar xəbərlər

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

16:38 2 avqust 2025
Türkiyənin Azərbaycandakı səfiri:  Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

Türkiyənin Azərbaycandakı səfiri: Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

12:37 31 iyul 2025
"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

12:00 31 iyul 2025
Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

15:00 30 iyul 2025
Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

13:10 25 iyul 2025
Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

11:50 25 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər