Markes haqqında 10 maraqlı FAKT

Markes haqqında <span style="color:red;">10 maraqlı FAKT
6 mart 2018
# 11:18

Bu gün dünyaca məşhur Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin doğum günüdür. Kulis.az bu münasibətlə yazıçının həyatından 10 maraqlı faktı təqdim edir.

Latın Amerikasında Markes Peledən daha məşhur olub. Nobel mükafatı alan ilk kolumbiyalıdır.

Kolumbiyanın Maqdalena bölgəsində doğulan Markes qadınlar arasında böyüyüb.

Arvadı Mersedesə ilk evlənmə təklifini uşaq ikən edib.

İlk hekayəsi çap olanda qəzeti almağa 5 sentavası belə olmayıb.

“Yüz ilin tənhalığ”ı yazarkən 30 min siqaret çəkib və mağazadan tutmuş ev kirayəsinədək 120 min peso borc edib, mətni nəşriyyata göndərmək üçün arvadı Mersedesin fenini və mikserini girov qoyub.

Mario Varqas Lyosa ilə əlbəyaxa dava edib. Bəziləri bunun siyasət üstündə bəziləri isə qısqanclıqdan baş verdiyini söyləyir.

Markes ağciyər xərçənginə qalib gəlib.

1957-ci ildə 30 yaşlı Markes SSRİ-yə gələrək Moskvada gənclərin və tələbələrin festivalında iştirak edib, səfər təəssüratlarını “22 400 000 kvadrat km bir Koka-Kola reklamına da rastlamadan” essesində yazıb.

Bill Klintonun prezidentliyi dövründə Meksika prezidentinin xahişi ilə Bill Klintonla Fidel Kastro arasında danışıqlarda qeyri-rəsmi iştirak edib.

Milyonlarla oxucuya tarixin dövri şəkildə təkrarlandığını, hər növbəti nəslin əbədi suallara yenidən cavab tapmalı olduğunu izah edib. İki xatirə kitabı çap olunub: “Danışmaq üçün yaşamaq” və “Mənim hüznlü fahişələrim”.

# 2301 dəfə oxunub

Oxşar xəbərlər

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər