Çexovun Facebookluq qeydləri

Çexovun Facebookluq qeydləri
3 iyul 2013
# 11:03

Kulis.az böyük rus yazıçısı Anton Çexovun qeydlərini təqdim edir.

Ömrü boyu kapitalizmdən yazmışdı, amma heç vaxt pulu olmadı.

Ömründə birinci dəfə əlindən öpdülər, qadın dözə bilmədi, ərinə xəyanət etdi.

Ziyalı, yaxud ziyalı təbəqəsinə mənsub qadın yalançılığı ilə fərqlənir.

Arvadla Parisə getmək, samovarla Tulaya getmək kimidir.

Kişi olmayan cəmiyyətdə qadınlar solğunlaşır, qadın olmayan cəmiyyətdə kişilər axmaqlaşırlar.

Özlərini qoymağa yer tapmadıqlarından evləndilər.

Kim səmimidirsə, o haqlıdır.

Bircə dəfə xoşbəxt olmuşdu – çətirin altında.

Azad olmayan adamlarda anlayışlar da qarışıq olur.

Tərbiyəli olmaq sousu süfrəyə tökməmək deyil, tərbiyəli olmaq başqası bunu edəndə, özünü görməzliyə vurmaqdır.

Qadını elə tərbiyə etmək lazımdır ki, səhvlərini başa düşsün, yoxsa özünü həmişə haqlı hesab edəcək.

Ömrünü sərf edib İsveç dilini öyrəndi ki, İbseni orijinaldan oxusun. Qəflətən dərk etdi ki, İbsen böyük yazıçı deyil, indi bilmir, isveç dilini neyləsin.

Ən dözülməz adamlar əyalət məşhurlarıdır.

İstəyirsənsə səni sevsinlər, orijinal ol, mən adam tanıyıram ki, yayda da, qışda da keçədə gəzirdi və ona vurulurdular.

Kəndli nə qədər avam olsa, at onu o qədər yaxşı başa düşər.

Ölüm dəhşətlidir, amma həmişə yaşayacağını və heç vaxt ölməyəcəyini düşünmək daha dəhşətlidir.

Ac it ancaq ətə inanar.

Xala haqqında: məni sevmir, mənə qarşı olan xalalıq borcunu sevir.

Arvad yazı-pozuyla məşğul olur, bu kişinin xoşuna gəlmir, amma abrına salıb dinmir, bütün ömrü boyu əzab çəkir.

Meyiti soyundurublar, əlcəyini çıxarmağa vaxt tapmayıblar; əlcəkli meyit.

45 yaşlı qadına ilişəndən sonra qorxunc hekayələr yazırdı.

Təklikdən qorxursunuzsa, evlənməyin.

# 3053 dəfə oxunub

Oxşar xəbərlər

"Samirə Əşrəf və Günel Mövlud onlarla müqayisədə..."  - Türkcə yazan müəllif görəsən, gənclərə nə öyrədir?

"Samirə Əşrəf və Günel Mövlud onlarla müqayisədə..." - Türkcə yazan müəllif görəsən, gənclərə nə öyrədir?

14:30 9 aprel 2026
"Uçurumun kənarında dayandığınızı görmürsünüzmü?" - Mətanət Vahid

"Uçurumun kənarında dayandığınızı görmürsünüzmü?" - Mətanət Vahid

17:35 8 aprel 2026
"Evdən qaça bilərsən, qismətdən əsla!.." - Didəm Madak niyə unudulmaq istəyirdi?

"Evdən qaça bilərsən, qismətdən əsla!.." - Didəm Madak niyə unudulmaq istəyirdi?

15:00 8 aprel 2026
Yazıçılar gündəmi şərh etməlidirmi? - Cavid Ramazanov

Yazıçılar gündəmi şərh etməlidirmi? - Cavid Ramazanov

12:00 8 aprel 2026
Geriyə proyeksiya poetikası – Cavanşir Yusifli

Geriyə proyeksiya poetikası – Cavanşir Yusifli

18:31 6 aprel 2026
Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

14:30 2 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər