Buker mükafatının qalibi bilindi

Buker mükafatının qalibi bilindi
18 oktyabr 2017
# 10:23

Ədəbiyyat aləminin ən nüfuzlu mükafatlarından sayılan Mən Bukerin builki sahibi amerikalı yazıçı Corc Sounders olub.

Kulis.azın türk mətbuatına istinadən verdiyi məlumata görə mükafatın sahibinin adı Londondakı tarixi və görkəmli bələdiyyə binası Guildhallda təşkil olunmuş mərasimdə açıqlanıb.

Sounders ABŞ prezidenti Abraham Linkolnun oğlunun məzarına ziyarətindən bəhs edən “Linkoln in the Bardo” romanıyla mükafata layiq görülüb.

6 yazıçı və əsərin namizəd olduğu mükafatı qazanan 58 yaşlı Sounders eyni zamanda 50 min sterlinqin də sahibi oldu.

Namizədlər arasında Sounderslə yanaşı “Elmet” romanıyla ingilis yazıçı Fiona Mozley, “4321” romanıyla amerikalı yazıçı Pol Oster, “History of Wolves” romanıyla Amerika yazıçısı Emili Fridland, “Exit West” romanıyla Pakistan əsilli ingilis yazıçı Mohsin Hamid və “Autumn” romanıyla ingilis yazar Ali Smith vardı.

İlk dəfə 1969-cu ildə verilən Mən Buker mükafatı 2014-cü ilə qədər Birləşmiş Krallıq, İngilis Millətlər Cəmiyyəti və ya İrlandiya vətəndaşı olan bir yazıçıya ingiliscə qələmə aldığı romana görə verilirdi. Mən Buker mükafatı 2014-cü ildən bu yana millət fərqi qoyulmadan ingiliscə yazan və Birləşmiş Krallıqda kitabı çap olunan bütün yazarlara verilir.

# 2133 dəfə oxunub

Oxşar xəbərlər

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər