Yazıçılarla YENİ İL ZARAFATI

Yazıçılarla <span style="color:red;">YENİ İL ZARAFATI
30 dekabr 2015
# 15:10

Kulis yazıçılarla bağlı yeni lətifələri təqdim edir.

Şərif Ağayar və Qan Turalı “Baş” romanı çap olunandan sonra yazıçı Elçindən müsahibə alırlar. Müsahibə uzandıqca boğazları quruyur, amma ortalığa çay gəlmir. Qan Turalı dözmür:

- Elçin müəllim, Mirzə Cəlilin ilk əsəri hansı idi?

- “Çay dəstgahı”.

- Bu ad sizə nəsə xatırladırmı?

- Əlbəttə, bu əsərdə Mirzə Cəlil dramaturgiyasının rüşeymləri görünür.

- Yox eee... Məni düz anlamadınız...

- Sual necəydi bəs, Tural, təkrar elə görüm?

- Sual deyildi, xahiş idi...

- Başa düşmədim...

- Hə, elə biz də “Baş”dan danışırıq.

***

Yazıçı Ömər Xəyyamın sevdiyi qız ona deyir:

- Əzizim, yeni ildə mənə nə hədiyyə edəcəksən?

- Özümü, həyatım...

- Hə... Doğurdan... Meymun ilidir axı...

***

Şair Qabilin oğlu Mahir balaca vaxtı yolka quran atasına baxıb soruşur:

- Ata, nə üçün konfetləri yolkanın lap başından asırsan?

- Ona görə ki, bayrama qədər yeyib qurtarmayasan.

Mahir:

- Nə danışırsan? İndi mən bayrama kimi zər yeməliyəm?

***

Tanınmış bir yazıçı Kulisə tez-tez yazı gətirir və hər dəfə də Aliyənin başının üstündə durur ki, oxu, fikrini de.

Aliyə:

- Siz bir də gələndə, bu ucuz ətirdən vurmayın, otaq balacadır, qoxusu adamı boğur.

Yazıçı:

- 20 manata almışam eee… nə danışırsınız?

Aliyə:

- Yəqin litrlə almısız…

***

Şair Aqşini, səhhətinə görə araq içmədiyi üçün, hər dəfə məclislərə tamada təyin edirlər ki, ayıq başla nadinc yazı-pozu əhlini yola versin. Şair belə məclislərin birində sağa-sola baxıb deyir:

- Ayıq sürücü xidməti görmüşdük, ayıq tamada xidməti də indi çıxdı.

***

Ceyhun Musaoğlu “Atamdan imtina edirəm” adlı yazısını çap olunmaq üçün Aqil Abbasa göndərir. Aqil müəllim yazıya baxıb müəllifə zəng vurur:

- Atandan necə imtina eləmisən ki, soyadın Musaoğludur?

***

Şair Qismətə zəng gəlir:

- Müəllim, sim-sim.az saytına girmək olmur, hər dəfə error verir.

Qismət:

- Yəqin ev geyimində açmaq istəyirsiniz. Nəzərə alın ki, bizim sayt ciddi saytdır, qalstuk taxmamış açmayın.

***

Mirmehdi Ağaoğlu “Bu gün səbr elə” romanını nəşriyyata verir, amma çapı gecikir. Nəşriyyatın direktoru Elçin İsgəndərzadəyə zəng vurub romanın taleyini soruşur. Elçin müəllim deyir: “Bu gün səbr elə”. Çap yenə gecikir. Mirmehdi bir həftə sonra yenidən zəng vurur, Elçin İsgəndərzadənin cavabı dəyişmir: “Bu gün səbr elə”. Üçüncü dəfə və eyni cavab. Axırda Mirmehdi bezib Elçin İsgəndərzadəyə belə bir mesaj yazır: “Elçin müəllim, romanın adın dəyişib “Təcili kredit” qoydum, xahiş edirəm çap edin”.

***

Şair İslam Kəbirli yeniilqabağı rayondan Bakıya gəlir, “Venesiya” kafesinə girib bir dəstə şair-yazıçının məclisinə düşür. Hamıyla görüşür, içməkdən üz-gözü əyilmiş gənc yazar Kəramət Böyükçölə baxıb deyir:

“Bu uşaqdan bir dənəsi də “Nərimanov”da Salam Sarvanla içirdi.”

***

Aqşinlə Seymur restoranda oturub yemək yeyirlər. Aqşin toyuğun döşünü dişinə çəkib deyir:

- Nə yaxşı kənd toyuğudur.

Seymur əsəbiləşir:

- Bütün günü kənddən yazırsan, amma broyler toyuğu ilə kənd toyuğunun fərqini bilmirsən.

Aqşin gülümsəyərək cavab verir:

- Mən sənə çata bilmərəm axı, sən Azərbaycanda “luboy” tülküdən çox toyuq yeyirsən.

***

Qan Turalı ilə Murad Köhnəqalanın söhbəti:

Murad:

- Axşam nə içmisən?

Tural:

- Beş fincan kofe...

Murad:

- Day denən, kofeylə pivələmisən ki...

***

Jurnalist Pərviz Cəbrayıldan müsahibə alır:

- Sizin “Yad dil”də romanınız nədən bəhs edir?

Pərviz əsəbiləşir:

- Axı niyə romanı oxumadan müsahibəyə gəlmisən?

- Müəllim, xarici dil bilmirəm axı...

***

Dostu yeni il ərəfəsi Şərif Ağayara zəng vurub həm bayramını təbrik edir, həm də təzə kitabı haqqında xoş sözlər deyir.

Şərif:

- Xahiş edirəm bundan sonra mənə Folkner de, xoşuma gəlir.

Dostu:

- Yox a! Adların da devalvasiyası başladı?!

***

Yazıçı Xanəmir nəşriyyata təzə romanını gətirir. Romanı vərəqləyən redaktor görür ki, bütün səhifələr ağappaqdır.

Deyir:

- Ay Xanəmir bu nədi?

Xanəmir gözlərini uzaqlara zilləyib aramla cavab verir:

- Əvvəl vergülsüz yazdım, sonra nöqtəsiz, daha sonra “ki” bağlayacısını atdım. İndi ağ vərəq gətirmişəm. Gələn dəfə nə edəcəm, bilmirəm.

***

Rasim Qaraca gənc yaşlarında Ələkbər Salahzadənin yanına şeir aparır. Ələkbər müəllim baxır ki, şeirlərin nöqtə-vergülü yoxdu. Səbrlə oxuyub şeirləri qaytarır:

- Bala, sən gələn dəfə nöqtə-vergülləri gətir, şeiri özümüz yazarıq.

***

Cavid Zeynallı “Topaz”a dadanır, nə illah edirlər çarə tapa bilmirlər. Axırda tutub Anarın yanına aparırlar. Anar xeyli öyüd-nəsihət edəndən sonra Cavid deyir:

- Anar müəllim, Dostoyevski də qumarbaz idi.

Anar:

- Oskar Uayld da mavi idi, indi deyirsən nə edək?

# 1471 dəfə oxunub

Oxşar xəbərlər

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

12:00 3 may 2024
Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
#
#
# # #