Sehrli dəsmal-fransız nağılı

Sehrli dəsmal-fransız nağılı
20 avqust 2015
# 11:17

Kulis Sədəf Bağıyevanın orijinaldan tərcüməsində “Sehrli dəsmal” adlı fransız nağılını təqdim edir.

Biri var idi, biri yox idi. Balaca Marinin mətbəxinin küncündə, toxunma səbətin içərisinə çox səliqə ilə qoyulmuş sarı və yaşıl rəngli bir dəsmal var idi. Bir gün, balaca qız səhər yeməyini yeyərkən bir səs eşitdi.

- Kömək edin, kömək edin, məni səbətin içərisindən çıxardın.

- Mari səs gələn tərəfə çevrildi. O, tək qalmış sarı və yaşıl rəngli dəsmala baxırdı. Birdən o, yenə eyni səsi eşitdi.

- Səninlə danışan mənəm, dəsmalam.

Mari təəccüblənmiş halda cavab verdi:

- Amma necə?

Gənc dəsmal izah etdi:

- Mən sehrli dəsmalam, sənin sədaqətli rəfiqən olacağam və nə vaxt çətinliyin olarsa sənə həmişə kömək edəcəm.

Mari gözlərinə inanmırdı. Amma dəsmalın şirin sözlərini eşitdikdə sakit oldu və özünü inandırdı. Öz-özünə dedi:

- Bu dəsmal, həqiqətən, sehrlidir. O danışa bilir və mənim problemlərim olanda mənə kömək edəcək. Mən buna inana bilmirəm.

Balaca qızcığaz dəsmalı sakitcə səbətin içərisindən çıxardı və masanın üstünə qoydu. O, yeni yoldaşını salamladı və məktəbə getmək üçün evin qapısına tərəf getdi. Elə bu zaman dəsmal onu çağırdı:

- Mari, sənə yalvarıram, mən də özünlə məktəbə apar.

- Sən nə danışırsan? Səni özümlə aparmağımı istəyirsən? Sən dəlisən!

- Xahiş edirəm, söz verirəm ki, səni narahat etməyəcəm. Burada tək qalmaq istəmirəm!

- Yaxşı!

- Mari bu dəsmalı məktəbli çantasının içərisinə qoydu və mahnı oxuya-oxuya məktəbə getdi. O, tam vaxtında gəlib çatdı və sinfə daxil oldu.

İki saat yarımdan sonra zəng çalındı. Bütün məktəblilər sinif otaqlarından çıxaraq məktəb qapısına tərəf qaçırdılar. Bizim gənc qızımız da öz yoldaşları ilə çıxdı. Yol boyu qızlar danışır və söhbət edirdilər. Birdən, onlar küçədə oynayan köhnə rəfiqələrini gördülər.

Beləcə, onlar yoldaşlarını gördüklərinə görə çox sevindilər və oynamaq üçün dəvət etdilər. Bütün qızlar razı olduqlarına görə Mari də etiraz edə bilmədi. Qızlar gah gəlinciklərlə, gah da gizlənqaç oynamağa başladılar. Vaxt elə tez keçirdi ki. Artıq iki saat idi ki, qızlar birlikdə oynayırdılar.

Qol saatına baxanda, Mari çox gecikdiyini anladı. Beləliklə, o, vaxt itirmədən məktəbli çantasını götürüb cəld evlərinə tərəf yönəldi. Evlərinə çatıb qapını döymək istədikdə paltarlarının çirkləndiyini gördü. Anasının onu danlayacağını dəqiq bildiyinə görə çox qorxurdu. Birdən, sehrli dəsmalı xatırladı. Dərhal onu əlinə götürüb dedi:

- Əgər dediyin kimi mənə kömək edə bilərsənsə, istəyirəm ki, paltarlarım təmiz olsun.

Elə bu zaman Mari paltarların bir şüa düşdüyünü gördü. Bir neçə dəqiqədən sonra Marinin paltarları tər-təmiz oldu. O, az qalsın sevincindən uçurdu. O, dəsmala təşəkkür edərək sinəsinə sıxdı.

Qızcığaz evə daxil olduqda anasının onu narazı halda gözlədiyini gördü.

- Sən harada idi, Mari?

- Ana, mən Sofiyagildə idim, ev tapşırıqlarımızı edirdik.

- Nə üçün mənə zəng etmədin?

- Ana, bilirsən ki, Sofiyanın telefonu yoxdur.

- Yaxşı. Bu dəfə səni bağışlayıram, amma gələn dəfə diqqətli ol.

- Çox sağ ol, əziz anam.

Qızcığaz otağına tərəf getdi. O gündən bəri, Mari dəsmalı ilə məşğul olurdu. Hər səhər məktəbə getməzdən əvvəl onu çantasına qoymağı unutmurdu.

# 2441 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər