İstanbulun fəthini təhlükəyə atacaq nikah niyə baş tutmadı?

İstanbulun fəthini təhlükəyə atacaq nikah niyə baş tutmadı?
21 avqust 2012
# 06:00
Bizans sonuncu imperatoru Konstantin Paleoloqos, İstanbulu fəth edən Sultan Mehmetlə qohum ola bilərmiş. Konstantin taxta çıxmamışdan əvvəl iki arvadını vaxtsız itirmişdi və imperator olduqdan sonra üçüncü dəfə evlənmək niyyətindəydi. Uzun müddət özünə layiq qadın axtaran Konstantin, Mehmetin həyatda olmayan atası İkinci Muradın arvadı, Serbiya şahzadəsi Maraya elçi düşmüşdü. Əgər bu evlilik baş tutsaydı, Mehmet böyük ehtimalla ögey anasının ərinin hökmdar olduğu ölkəyə qarşı vuruşmayacaq, dolayı yolla İstanbulu fəth etməyəcək və tarix də başqa cür yazılacaqdı.

Konstantin Paleoloqos 1449-cu ildə Bizans taxtına çıxandan dərhal sonra ona bir neçə qadın namizəd təqdim edilib və hər namizədlə bağlı ciddi müzakirələr aparılıb. Venesiya hökmdarının, Portuqaliya kralının və Trabzon Rum imperatorunun qızları namizədlər arasında idi. Konstantinin evlilik məsələsində ən güvəndiyi adam, xüsusi katibi və fədakar sirdaşı George Frankis idi. İmperatoru evləndirməkdən ötrü Frankisin gəzmədiyi ölkə qalmamışdı. Trabzona və Gürcüstana etdiyi uzun və ağır səfərlər iki il davam etmişdi. Frankis, Trabzon Rum imperatorunun qızını almaq üçün çalışdığı zaman İkinci Muradın vəfatı xəbərini almış və yeni gəlin namizədi tapmışdı: İkinci Muradın arvadı, Serbiya şahzadəsi Mara, yəni Fateh Sultan Mehmetin ögey anası...

Şahzadə Mara, Serbiya hökmdarı, xristian-ortodoks George Brankoviçin qızıydı. Evlilik söhbəti, ərinin ölümündən sonra atasının yanına qayıtmış Maranın da qulağına çatmışdı, amma ərinin xatirəsinə hörmət edən şahzadə, belə bir ehtimalı qəti surətdə rədd etmişdi. 50 yaşlı Mara vətənindəki monastıra köçməyə qərar vermişdi. Verdiyi qərarı yerinə yetirən Mara, adi rahibə kimi monastıra köçüb, dünyadan əl-ayağını çəkmişdi.

Maradan razılıq ala bilməyən Frankis, Trabzon Rum imperatorunun və Gürcüstan kralının qızları haqqında düşünməyə başlamışdı. Hər iki şahzadənin şəkillərini imperator Konstantinə yollayan Frankis qızların xasiyyətləri barədə də məlumat vermiş, imperatordan seçim etməyini istəmişdi. Konstantin, Gürcüstan şahzadəsinin üzərində dayanmışdı.

Frankis Gürcüstan kralını qızını İstanbula gəlin olaraq göndərməyə razı salmışdı. İstanbula qayıdan Frankis, özüylə bərabər Gürcüstan elçisini də gətirdi və imperatorun hüzuruna birlikdə yollandılar. Konstantin elçiyə nişanlısını gətirmək üçün baharda Gürcüstana elçi göndərəcəyini söyləmişdi. Ancaq, Frankis Gürcüstana gedə bilmədi. Çünki, bir neçə aydan sonra “Bizans” adlı dövlət qalmadı.

İmperator Konstantin İstanbulu mühasirəyə alan ordumuzun qarşısında son günə qədər qəhrəmanca vuruşdu və 29 mayda şəhərin işğal olunduğunu görən kimi yaxın adamlarıyla bərabər qaçdı. Qaçarkən qənimət axtaran türk əsgərləriylə qarşılaşdı və öldürüldü. Sultan Mehmet Fatehin göstərişiylə meyidi axtarmağa başladılar. Nəşi ölmüş cəsədlərin arasında başı kəsilmiş halda tapılmışdı və imperatorlara xas qırmızı ayaqqabılarından tanınmışdı.

# 2071 dəfə oxunub

Oxşar xəbərlər

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər