Rusiyada ilin kitabı seçilib!

Rusiyada ilin kitabı seçilib!
10 sentyabr 2011
# 08:00
Moskvada keçirilən Beynəlxalq Kitab Yarmarkasında “İlin kitabı” seçilib

Doqquz nominasiyada verilən “İlin kitabı” mükafatlarında əsas qalib Andrey Platonovun 8 cildlik “Zaman” kitabı olub.

Kulis.az “RİA Novosti” agentliyinə istinadən bildirir ki, qalibə mükafat olaraq, içərisində miniatür kitab olan almaz naxışlı büllur yumurta bağışlanıb.

“İlin nəsri” nominasiyasında Olqa Slavnikovanın “Yelbeyin” kitabı, “İlin nəzmi” üzrə isə Aleksandr Kuşnerin “Sirli xəttin bu tərəfi” kitabı seçilib.

Bundan başqa, bu nominasiyada Konstantin Banşenkin “milli ədəbiyyatın inkişafında xidmətlərinə görə” xüsusi diplomla təltif olunub.

Ən yaxşı “Art-kitab” isə “Pul. Puşkin. Pul” albomu seçilib. Daha sonra münsiflər “ən yaxşı uşaq kitabı”nı müəyyən edib. Bu, Sergey Belorusetsın “Ot dəlləkləri” əsəri olub.

Sentyabrın 7-dən başlanan kitab yarmarkasında mindən artıq yazıçı, rəssam, rejissor və aktyor iştirak edib.

Günel Əsgərzadə
# 1731 dəfə oxunub

Oxşar xəbərlər

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
Süni İntellektuallarımız necə yarandı?

Süni İntellektuallarımız necə yarandı?

13:00 27 iyul 2026
Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

12:30 24 iyul 2026
Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

12:15 22 iyul 2026
Güzgüdə özündən başqa heç nə görməyənlər

Güzgüdə özündən başqa heç nə görməyənlər

10:00 17 iyul 2026
İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

12:00 16 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər