Kişi arxasında gizlənmiş qadın

Kişi arxasında gizlənmiş qadın
9 sentyabr 2011
# 06:00
Bədii ədəbiyyat yazıçı təxəllüsləri olmadan təsəvvür edilməzdir.

Ad və soyadlarını tamam kənara atan, yaxud onların hər hansı birindən imtina edənlər də var, ad və soyadı tam istifadəsiz qoyanlar da. Kişi cinsindən olub qadın imzası götürənlər kimi, zərif cins nümayəndəsi ola-ola kişi adı arxasında gizlənən yazıçılar az deyil.

Dünya ədəbiyyatının ən məşhur təxəllüsləri arxasında kimlərin durduğunu bilmək istərdinizmi?

Buyurun, tanış olun:

Qiyom Apolliner – fransız şairi - əsl adı və soyadı – Vilhelm Apollinari Kostrovitski

Anna Axmatova – rus şairəsi – Anna Qorenko

Volter – fransız maarifçi-yazarı – Mari Fransua Arue

Arkadi Qaydar – rus yazıçısı – Arkadi Qolikov

Knut Hamsun – Nobel ödüllü norveç yazıçısı – Knut Petersen

Maksim Qorki – Aleksey Peşkov

Qabriele D Annuntsio – italyan yazarı – Qabriele Rapanyetta

Anna Zegers – Netti Radvani

İlya İlf və Yevgeni Petrov – İlya Fayzilberq və Yevgeni Katayev

Jozef Konrad – Yuzef Kojenevski

Cek London – Con Qriffit London

Qabriela Mistral – çilili siyasətçi-şairə – Qodoy Alkayaqa

Molyer – Jan-Batist Poklen

Alberto Moravia – italyan yazıçısı – Alberto Pinkerele

Andre Morua – Emil Herzoq

Pablo Neruda – Naftali Rokardo Reyes Basualto

O.Henri – Uilyam Sindi Porter

Kozma Prutkov – üç rus yazıçısı (Aleksey Tolstoy, Aleksey Jemçujnikov, Vladimir Jemçujnikov) bu ortaq imzadan istifadə edib.

Jorj Sand – Avrora Dyupen (Qadın olsa da kişi imzasıyla yazıb)

Ernest Seton-Tompson – Ernest Tompson-Seton

Stendal – Anri Mari Beyl

Mark Tven – Samyuel Lenqhorn Klemens

Lesya Ukrainka – şairə - Larisa Kosaç-Kvitka

Anatol Frans – Anatol Fransua Tibo

N. Şedrin – Mixail Saltıkov

Corc Eliott – Meri Ann Evans (Qadın olsa da kişi imzası ilə tanınıb)

Pol Elyuar – Ejen Qrendal

Tennesi Uilyams – Tomas Lanir

Ceyms Hedli Çeyz – Rene Brabazon Raymond.

Anar – Anar Rzayev

Elçin – Elçin Əfəndiyev

Əkrəm Əylisli – Əkrəm Naibov

Əbülhəsən – Əbülhəsən Ələkbərzadə

Mikayıl Müşfiq – Mikayıl İsmayılzadə

Süleyman Rüstəm – Süleyman Rüstəmzadə

Səməd Vurğun - Səməd Vəkilov

Məmməd Rahim – Məmməd Hüseynov

Hikmət Ziya – Hikmət Əfəndiyev



Tərtib etdi: Əziz Rzazadə

P.S. Oxuculardan siyahını artırmaq rica olunur.
# 1812 dəfə oxunub

Oxşar xəbərlər

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

15:47 19 sentyabr 2025
"Adəmlə Həvva Yer üzünə qovulduqdan sonra..." - "Həcc gündəliyi"nin gizlin tərəfləri

"Adəmlə Həvva Yer üzünə qovulduqdan sonra..." - "Həcc gündəliyi"nin gizlin tərəfləri

14:55 19 sentyabr 2025
Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

13:45 19 sentyabr 2025
Məşhur müğənniyə cinayət işi açıldı

Məşhur müğənniyə cinayət işi açıldı

10:54 19 sentyabr 2025
"Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən..." - 21-ci əsrin ən yaxşı Azərbaycan romanları

"Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən..." - 21-ci əsrin ən yaxşı Azərbaycan romanları

14:00 18 sentyabr 2025
Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər