Kral misralar

Kral misralar
8 sentyabr 2011
# 11:26
Sənə sevişməyi mən öyrətmişəm
bu dar çarpayıda, bu ağın üstə...

(Mahir Mehdi)

--
boş zərfin içində
bir az təsəlli

(Rasim Qaraca)

--
...bilsək dünyaya gəlməzdik
analar aldatdı bizi

(Ramiz Rövşən)

--
Söyləsəm təsiri yox, sussam könül razı deyil

(Füzuli)

--
Yağış meydan sulayır, çöl soyuq
Otaq isti...
bəsdi...
dəlilik etmə...
Getmə...

(Elxan Zal)

--
...sən bu dünyaya nə verə bilərsən ki
uzağı bir oğlan
bir qız uşağı

(Zamin Hacı)

--
Kimi öldürüm ki, bu gecə vaxtı
Sabah ağlamağa bəhanəm olsun

(Aqşin)

--
Sen getdikdən sonra tək qalacağam.
Yalnız qalmaqdan qorxmuram amma,
Birdən canım əllərini tutmaq istəsə...?

(Can Yücel)

--
İki də bir əlini başına götürüb
Küləkdə dağılan tənhalığını düzəldirsən

(Cemal Süreyya)

--
Yağır yaz yağışları.
Bax, necə də can atır boğazotu yuxarıya doğru
Bu unudulmuş cığırda !

(Matsuo Basyo)

--
zaman bizə verdiyi
maaşları azaldıb

(Həmid Herisçi)

--
insan onsuz da cəza çəkir

(Həmid Herisçi)

--
Mən hansı bir meymuna
bənzədim ki insanı
meymun onun yanında toya getməli olsun

(Murad Köhnəqala)

--
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən

(Əli Kərim)

--
Öləndə hamımızı şlanqla yuyacaqlar

(Nərmin Kamal)

--
məndə elə ürək hanı onun kimisini sevməyə…

(Sevinc Pərvanə)

--
Bir səbəbi yox, sadəcə öpdüm

(kiçik İskender)

--
Sən həmişə ordasan
haradaki mən yoxam

(Peter Turrini)

--
Yuxuda dilindən qopan adların
biri də bənzəməz sənin adına…

(Ramiz Rövşən)

--
Çinarları kəsirlər ki, göy üzünü qanatmasın

(Xaqani Hass)

--
Sən yoxsan pişiklərin arasında, darıxıram

(Zahir Əzəmət)

--
ağacların küçəyə doğru əyildiyi bu mənzərəni
gözlərimlə kopyalayıb
sənə göndərdim düşüncələrimdə

(Rasim Qaraca)

--
sonra bütün kitabların ağzını mumla

(Murad Köhnəqala)

--
Ayrılıq sevdaya daxil

(Atilla İlhan)

--
Aldanma ki, şair sözü əlbəttə yalandır.

(Məhəmməd Füzuli)

--
Sıxma ürəyimi, ürək cəhənnəm
Axı sən ordasan, sən sıxılarsan.

(Seyran Səxavət)

--
onun gözləri maviydi- noolsun
mənim də çiyinlərim enliydi insafın olsun

(Rövşən Naziroğlu)

--
Sənli xatirələr dağılıb evə -
bağışla, otağım tör-toküntüdü.

(Salam Sarvan)

--
Sevgim daşa dəydi
Bəxtəvər daşın başına

(Qulu Ağsəs)

--
Bir küçə var şəhərimdə,
sakit, qısa bir küçə...
Yetmiş addım o yana,
yetmiş addım bu yana.
Bir siqaret
o yana,
bir siqaret
bu yana.

(Vaqif Səmədoğlu)

--
içimdə ən böyük mələklər ölür
ən gözəl qadınlar qocalır, şair

(Günel Mövlud)

--
Neylək.
Bu dünyada şair olan kəs
Cəlladsız, edamsız keçinə bilməz.
Alın yazımızdır - əlimizdə şam
zarımaq, ulamaq hər səhər-axşam.

(Anna Axmatova)

--
Dəmir barmaqlıqların
Doğram-doğram doğradığı
Azadlıq tərəfə baxıram

(Qənimət Zahid)


(Foto: Ruslan Ağazadə)
# 4009 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:00 17 iyun 2025
Ceyms Coys oxumaq niyə qorxuludur? - Qismət

Ceyms Coys oxumaq niyə qorxuludur? - Qismət

11:12 16 iyun 2025
Allahı öldürən filosof - Fəxri Uğurlu

Allahı öldürən filosof - Fəxri Uğurlu

09:00 13 iyun 2025
"Bu hekayə alınmayıb..." - Furqanın yeni hekayəsi haqqında

"Bu hekayə alınmayıb..." - Furqanın yeni hekayəsi haqqında

11:00 11 iyun 2025
Yazıçılara nifrət edənlər kimlərdir?

Yazıçılara nifrət edənlər kimlərdir?

13:27 10 iyun 2025
Gürcü - Furqanın yeni hekayəsi

Gürcü - Furqanın yeni hekayəsi

09:00 10 iyun 2025
# # #