“Playboy”dan keçən on yazıçı
“Playboy” jurnalı deyəndə ağlınıza ilk çılpaq və gözəl bədənli qadınlar gəlir, elə deyilmi? Əlbəttə, başqa cür ola da bilməz. Ancaq bu jurnalda həm də məşhur yazıçıların hekayə və müsahibələrini, siyasi və mədəni mövzuda məqalələri də dərc edilib.
Sizə “Playboy”da esse, hekayə və məqalələri çap olunmuş 10 ən məşhur yazıçını təqdim edirik:
1. Rey Bredberi
Elmi fantastikanın kralı. “Playboy”da çap olunan “Farinqeytlə 451 dərəcə” adlı romanı yazıçıya böyük şöhrət gətirib.
2. Vladimir Nabokov
Məşhur “Lolita” əsərinin müəllifi. 1969-cu ildə “Playboy” jurnalı yazıçının “Ada: Ailə xronikası” romanından parçaları dərc edib. 2009-cu ildə isə “Laura və onun əsli” əsərindən hissələr çap hüququnu alıb.
3. Stanislav Lem
Polyak yazıçı Lemin kosmik-fantastik əsəri “Kosmos gündəliyi” 1996-cı ildə alman “Playboy”unda çap olunub.
4. Kurt Vonnehut
XX əsrin ən böyük amerikan yazıçılarından biridir. Ən məşhur əsəri “5 nömrəli sallaqxana və ya uşaqların xaç yürüşü”dür. “Retrospektivdə Armagedon” adlı əsəri 2008-ci ildə “Playboy”da nəşr olunub.
5. Qabriel Qarsia Markes
Nobel mükafatlı yazıçının “Yüz il tənhalıqda” əsəri dünya ədəbiyyatının şedevrlərindəndir. 1971-ci ildə Markesin “Ən gözəl ölü” hekayəsi “Playboy”da işıq üzü görüb.
6. Yan Fleminq
Dünyanın ən güclü xəfiyyəsi Ceyms Bondun “atası”. 1960-cı ildə “Playboy” yazıçının “Hildebrandın fövqəladəliyi” hekayəsini, 1963-cu ildə isə Ceyms Bond seriyasının on birinci “Kraliçanın xidmətində” kitabını dərc edib.
7. Haruki Murakami
Popular yapon yazıçısı və “dünyanın ən yaxşı romançı”larından biri. 1992-ci ildə yazıçının “Çörək dükanına təkrar basqın” hekayəsi ilk dəfə məhz “Playboy”da çıxıb.
8. Stiven Kinq
Dəhşət dolu əsərləri ilə yadda qalan amerikan yazıçı. Onun “Sümüklərdən kilsə” poeması 2009-cu ilin noyabr ayında “Playboy”da dərc olunub. Əsərdə cəngəlliklərə səyahət edən bir qrup insandan yalnız bir neçəsinin necə sağ qalmasından bəhs olunur.
9. Cozef Heller
“Yaxalama-22” əsəri ilə məşhurlaşan amerikan yazıçı. Hellerin “Yaxalama- 22” əsərinin itirilmiş başlığı adlandırdığı “Yossarian sağ qalır” adlı hekayəsini 1987-ci ildə “Playboy”a verib.
10. Roald Dal
Gənclər və uşaqlar üçün “Qremlinlər”, “Sehirli mister Foks”, “Çarli və şokolad fabriki” kimi sehirli nağıllar və hekayələrin müəllifi. Uşaqlar üçün olmayan yeganə əsəri - “Mənim dayım Osvald” “Playboy” üçün yazdığı “Qonaq” əsəri əsasında yazılıb. Bundan başqa, bu jurnalda yazıçının 1959-cu ildə “Yaxşı oğul” və 1986-cı ildə “Kitab satıcısı” hekayələri çıxıb.
Günel ƏSGƏRZADƏ

Oxşar xəbərlər

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli
15:47
19 sentyabr 2025

"Adəmlə Həvva Yer üzünə qovulduqdan sonra..." - "Həcc gündəliyi"nin gizlin tərəfləri
14:55
19 sentyabr 2025

Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?
13:45
19 sentyabr 2025

Məşhur müğənniyə cinayət işi açıldı
10:54
19 sentyabr 2025
"Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən..." - 21-ci əsrin ən yaxşı Azərbaycan romanları
14:00
18 sentyabr 2025

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov
17:45
12 sentyabr 2025