İki gündür durmadan ağlayıram. Geri dön

İki gündür durmadan ağlayıram. Geri dön
2 sentyabr 2011
# 12:07
Yazıçılar, filosoflar, siyasətçilər təkcə öz əsərləri ilə deyil həm də məktubları ilə tarixdə qalıblar.

Bu məktublar bəzən kitablar şəklində çap olunub. Məsələn, çex yazıçısı Frans Kafkanın öz tərcüməçisi Milenaya məktubları, Puşkinin həyat yoldaşına məktubları.

Kulis.az dünyanın ən məşhur məktublarını oxucularına təqdim edir.

Fransız şair Artur Rembonun dostu Pol Verleynə yazdığı məktubu digərlərindən fərqi var.

Rembo 16 yaşındaykən evdən qaçıb Parisə gedir. Lakin orda yaşamaq Rembo üçün asan olmur. Evinə qayıdır. Bundan sonra 2 dəfə yenə qaçır evdən. Rembo Parisin məşhur kafelərində şeirlər yazır, dövrünün sənəti, siyasəti haqqında polemikalara qoşulur, absent (arağın bir növü) içir, narkotik istifadə edirdi.

Axırıncı dəfə evdən qaçdığında məktub və şeirlərlə dost olduğu Verlaynın evində qalır.

Bundan sonra Rembo daha yaxşı şeirlər yazmağa başlayır.

Günlərin bir günü bəlli olur ki, Rembo dostu Verlaynla homoseksual münasibətdədirlər.

İctimai qınağa məruz qaldıqlarına görə “dostlar” Fransanı tərk etmək məcburiyyətində qalırlar. Almaniyaya, sonra Belçikaya gedirlər. Brüsseldə aralarında problem yaranır. Verlayn tapança ilə Rembonu yaralayır və həbs olunur. Onların son görüşü 1875-ci ildə olub. Bundan sonra Rembo şeir yazmağı dayandırır.

Aşağıdakı məktubu Rembo Verlayna yazıb:

“Dön, dön artıq biricik dost, dön. Artıq yaxşı və mədəni olacağıma söz verirəm.

Sənə qarşı soyuq davranmağım inadla sürdürdüyüm bir zarafat idi. Min dəfə peşmanam indi buna. Geri dönsən unudulub gedər. Bu zarafat inanmağın çox pis oldu.

Geri dön. Bir az ürəkli ol, əziz dostum. Hələ heç nə itirilməyib. Edəcəyin bir şey varsa, o da geri qayıtmaqdır. Burda yenə ürəklə, səbrlə yaşayarıq. Yalvarıram sənə. Bu daha çox sənin yaxşılığın üçündür. Geri dön, bütün əşyalarını yerində görəcəksən.

Ümid edirəm ki, mübahisəmizə ciddi səbəblərin olmadığını sən də anlamısan.

Nə qorxulu anlar idi. Yaxşı, gəmini tərk etməyi işarə etdiyim zaman sən niyə gəlmədin? Bu nöqtəyə varmaq üçünmü iki bir yerdə yaşadıq? İndi nə edəcəksən? Buraya gəlmək istəmirsənsə mən sənin olduğun yerə gəlim.


Bəli, haqsız olan mənəm.
Məni unutmayacaqsan, deyilmi?
Yox, unutmazsan sən məni.
Sən mənim həmişə ürəyimdəsən

Dostunu cavabsız qoyma: artıq birlikdə yaşamayacayıq?
Bir az ürəkli ol. Dərhal yaz mənə.
Daha qala bilmirəm mən burda.
Ürəyinin səsindən başqa şey dinləmə
Yanın gəlimmi? Həmən bildir mənə.
Ömrüm boyu sənə bağlı qalacağam.
Dərhal cavab ver.

Burda bazar ertəsi axşama qədər qalacağam. Üstümdə 1 penni də yoxdur. Əlimdəki bütün pulları poçta verə bilmərəm. Kitablarını və əlyazmalarını Vermerşe vermişəm.

Səni bir daha görməsəm, ya dənizçi olacam ya da əsgər.

Elmin HƏSƏNLİ
# 2459 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər