Hekayənin sonunu bilmək, onu daha oxunaqlı edir

Hekayənin sonunu bilmək, onu daha oxunaqlı edir
16 avqust 2011
# 13:07
Bəzən bir əsəri bir neçə dəfə oxusaq da, hadisələrin necə cərəyan etdiyini tam anlaya bilmirik. Xüsusən də, əsər “sürpriz sonluq”la bitirsə...

Oxucuların hansı əsərləri daha çox sevdiyini öyrənmək üçün, Kaliforniya San Dieqo Universitetinin araşdırmaçıları bir qrup könüllüyə Aqata Kristi, Con Apdayk və Anton Çexovun 12 qısa hekayəsini 3 fərqli versiyada təqdim ediblər.

Hekayələrin birinci versiyasına toxunulmayıb. Ikinci versiyada girişdə hekayənin sonundan bəhs edən bir qeyd qoyulub, üçüncü versiyada hekayənin fərqli yerlərində son haqda ipucu verən abzaslar yerləşdirilib.

Oxucuların əksəriyyəti son haqda ipucu verən versiyanı daha çox bəyəniblər.

Sosial psixologiya mütəxəssisi Prof. Nikolas Kristinfeld sonu bilməyin hekayəni daha yaxşı anlamağa kömək etdiyini, oxucunun mövzunu tam qavradığını və bunun da ədəbi həzzi artırdığını vurğulayıb.

Prof. Kristinfeld bir filmin və ya kitabın dəfələrlə izlənə, oxuna bildiyini söyləyib: “Əgər sonunu bilinirsə, oxucular gediləcək yer qədər yolun da dadını çıxara bilirlər”.


Günel ƏSGƏRZADƏ
# 1945 dəfə oxunub

Oxşar xəbərlər

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

10:00 9 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər