Gənc Tamaşaçılar teatrında rəsm sərgisi keçirilib

Gənc Tamaşaçılar teatrında rəsm sərgisi keçirilib
10 fevral 2023
# 22:03

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında gənc rəssamların əsərlərindən ibarət sərgi keçirilib.

Kulis.az xəbər verir ki, "Mauqli" tamaşasının premyerası zamanı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “Askerov Art” və “Crazy Art” studiyalarının birgə layihəsi çərçivəsində gənc rəssamların əsərlərindən ibarət sərgi keçirilib.

Sərginin həyata keçirilməsində əsas məqsəd uşaqların estetik zövqünün inkişaf etdirilməsi, istedadlı uşaqların aşkarlanması və onların təsviri sənətə olan meylini artırmaqdır.

Ekspozisiyada Redyard Kiplinqin “Cəngəlliklər kitabı”nın personajlarını əks etdirən müxtəlif səpkidə hazırlanmış 40 əsər yer alıb. Rəsm əsərlərinin rəngarəngliyi ziyarətçilərin marağına səbəb olub.


Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə və “Crazy Art” Studiyasının rəsm dərnəyinin müəllimi Ülkər Hümmətzadə məqsədlərinin uşaqlara incəsənətin bütün növlərini sevdirməklə, onlara mədəni dəyərləri, mədəni tərbiyəni aşılamaq olduğunu qeyd edib.

# 3022 dəfə oxunub

Oxşar xəbərlər

Rəssam Əkrəm Tağıyev vəfat etdi

Rəssam Əkrəm Tağıyev vəfat etdi

12:45 30 sentyabr 2026
Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

12:40 30 sentyabr 2026
İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

12:20 30 sentyabr 2026
Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

11:00 30 sentyabr 2026
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

10:45 30 sentyabr 2026
Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

10:25 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər