Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır

Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır
29 sentyabr 2026
# 15:41

"Bakı şəhəri, Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb".

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət mühafizəsində olan abidələrin üzərində onların tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan hər hansı əlavə yazı, element və ya müdaxilənin edilməsi yolverilməzdir:

"Belə müdaxilələr abidənin bədii-estetik görünüşünə xələl gətirməklə yanaşı, onun mahiyyətinin, tarixi və mədəni əhəmiyyətinin təhrif olunmasına səbəb olur.

Heykəlin postamentinin üzərindəki lövhədə yer alan sözügedən yazının əlavə edilməsi məsələsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırılır.

Eyni zamanda, məsələ müvafiq yerli icra hakimiyyəti orqanları ilə birgə, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert Komissiyası çərçivəsində ətraflı şəkildə nəzərdən keçiriləcək. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək".

# 53 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur türk aktyor vəfat etdi

Məşhur türk aktyor vəfat etdi

14:45 29 sentyabr 2026
Məşhur müğənni niyə sevgilisinin yanına göyərçinə çevrilib getmək istədi?

Məşhur müğənni niyə sevgilisinin yanına göyərçinə çevrilib getmək istədi?

14:00 29 sentyabr 2026
“Yatmış gözəl”  nağılının filmi çəkiləcək

“Yatmış gözəl” nağılının filmi çəkiləcək

13:30 29 sentyabr 2026
ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anıldı

ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anıldı

13:15 29 sentyabr 2026
Türkiyədə İstanbul Saat Festivalı  keçiriləcək

Türkiyədə İstanbul Saat Festivalı keçiriləcək

13:00 29 sentyabr 2026
Xalq artisti Fəxrəddin Dadaşov:  "Alim Qasımov indi özü üçün dilxoşluq edir..." - Müsahibə

Xalq artisti Fəxrəddin Dadaşov: "Alim Qasımov indi özü üçün dilxoşluq edir..." - Müsahibə

12:40 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər