Montrödə Azərbaycanın incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirildi

Montrödə Azərbaycanın incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirildi
15 sentyabr 2026
# 13:30

İsveçrədə keçirilən “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində Azərbaycan mədəniyyətinin geniş proqramla təqdimatı davam edir.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 14-də Montrö şəhərinin məşhur “Auditorium Stravinski” səhnəsində Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirilib.

İki hissədən ibarət proqram Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə açılıb. Əsər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Fuad İbrahimovun dirijorluğu ilə ifa edilib.

Sonra orkestrin ifasında Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals”, A.Əlizadənin “Cəngi”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Niyazinin “Konsert valsı” və A.Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi” səsləndirilib.

Gecədə Alim Qasımov “Qaragilə”, Fəqan Ələsgərov (balaban) və Mədinə Şahgəldiyeva (kamança) isə “Sarı gəlin” Azərbaycan xalq mahnılarını ifa ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblı isə Eldar Mansurovun “Odlar yurdu” rəqsini və “Uzundərə” Azərbaycan xalq rəqsini təqdim edib.

Solistlər – Samir Cəfərov (tenor) Ü.Hacıbəylinin “Sevgili canan”, Murad Hüseynov (fortepiano) F.Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın şənliyi”, Yusif Eyvazov (tenor) Fikrət Əmirovun “Sevil” operasından “Balaşın ariyası”, Afaq Abbasova (soprano) Niyazinin “Arzu”, Ceyla Seyidova və Elvin Hoca Qəniyev (skripka) Niyazinin “Rast” simfonik muğamı, Elmina Həsənova (mezzo-soprano) Fikrət Əmirovun “Sevil” operasından “Dilbərin ariyası”, Əhəd Ağayev (xanəndə) “Bayatı-Şiraz” muğamı, Sevda Ələkbərzadə İfsar Sarabskinin “Caz kompozisiyası” (müşayiət: İsfar Sarabski – fortepiano və Şəhriyar İmanov – tar), Elmina Həsənova və Samir Cəfərov Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülnaz və Əsgərin dueti, Şəhriyar İmanov Həsən Rzayevin “Çahargah rapsodiyası”, Yusif Eyvazov və Afaq Abbasova Tofiq Quliyevin “Bakı haqqında mahnı” əsərlərini ifa ediblər.

Qala konsert bütün solistlərin birgə ifasında Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının ifası ilə başa çatıb.

Konsert proqramı böyük maraq və alqışlarla qarşılanıb.

# 598 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər