Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər
9 noyabr 2026
# 14:37

Almaniyanın Münhen şəhərində yaşayan Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçiriblər.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Yanuş Korçak Avropa Akademiyasında keçirilən tədbir iştirakçıları, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycan rejissoru Rüfət Əsədov bildirib ki, Azərbaycan əsrlər boyu müxtəlif xalqların və dini icmaların sülh, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı, multikultural dəyərlərin qorunub saxlanıldığı nadir ölkələrdən biridir. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası uğrunda çiyin-çiyinə mübarizə aparması ölkəmizdəki milli həmrəyliyin və birgəyaşayış ənənələrinin bariz nümunəsidir.

Münhen yəhudi icmasının fəalı Emin Salimov da çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Almaniyada yaşayan azərbaycanlılar, o cümlədən dağ yəhudiləri Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmizin haqlı mövqeyinin müdafiə olunması və həqiqətlərin dünya ictimaiyyətinə təqdim edilməsi istiqamətində fəal iş aparıblar. O qeyd edib ki, həmin dövrdə nümayiş etdirilən həmrəylik Azərbaycan xalqının birliyinin, milli mənsubiyyətindən asılı olmayaraq Vətənə bağlılığın və ortaq dövlətçilik dəyərlərinə sədaqətin bariz təzahürü olub.

Tədbir çərçivəsində azərbaycanlı rejissor Rüfət Əsədovun “Əsrlərdən gələn ənənələr” sənədli filminin təqdimatı olub.

Qeyd edək ki, film yəhudi əsilli azərbaycanlı rəssam Albert Rəfiyevin həyat və yaradıcılığına həsr olunub. Azərbaycan Rəssamlar İttifaqının və Xalçaçılar Birliyinin, eləcə də Rusiya Rəssamlar İttifaqının üzvü olan Albert Rəfiyev S. Vaynşteyn mükafatının laureatıdır.

Filmdə Albert Rəfiyevin yaradıcılığında Azərbaycan və yəhudi mədəniyyətlərinin vəhdəti, bu iki xalqın zəngin mədəni irsinin sənətkarın yaradıcılığında əks olunması mövzusu işıqlandırılır.

Azərbaycan və İsrailin birgə istehsalı olan filmin istehsalçısı “Sholumi”, prodüseri isə Shaul Siman-Tovdur.

# 291 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
"Oskar"da "Ən yaxşı kastinq"  kateqoriyası üzrə təxminlər açıqlandı

"Oskar"da "Ən yaxşı kastinq" kateqoriyası üzrə təxminlər açıqlandı

11:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər