Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO
8 noyabr 2026
# 18:12

Azərbaycanlı şair, Vətən müharibəsi iştirakçısı Emin Piri natural bodibildinq və fitnes üzrə keçirilən Avrasiya çempionatında gümüş medal qazanıb.

​Kulis.az xəbər verir ki, İNBA (İnternational Natural Bodybuilding Association) tərəfindən keçirilən Avrasiya çempionatında "Men's Physique" kateqoriyasında yarışan şair ikinci yerə layiq görülüb.

​O, Kulis.az-a açıqlamasında təəssüratlarını bölüşərək bu uğura gedən yoldan danışıb:

​"Üç ildir ki, ancaq ev şəraitində məşq edirdim. İşdən gələndən sonra və ya yaradıcılıqla məşğul olduğum vaxtlarda, adətən gecələr — saat 12-də, 1-də, 2-də, 3-də evdə məşqlərimi edirdim. Son iki ayda isə içimdə bir həvəs yarandı; həm özümü bu yaşda gənclərlə, həm də yaşıdlarım arasında sınamaq istədim.

​Məşqçimin dəstəyi, həm də özümün nizam-intizamım, sərt pəhrizlərimiz və ağır məşqlərimiz sayəsində yarışa qatılmaq qərarına gəldim. Müəllimimə mənə göstərdiyi böyük dəstəyə və xüsusən də bu prosesdə (həmin yeməklərin hazırlanmasında) daim yanımda olan anama sonsuz minnətdaram.

​Nəticədə, istədiyim hədəfə çatdım, amma, düzü, hansı hissləri yaşadığımı ifadə etməkdə çətinlik çəkirəm. İnşallah, təkcə yaradıcılıqla, şeirlə kifayətlənməyəcək, bundan sonra idman sahəsində də fəaliyyətimi davam etdirəcəyəm. Cəmiyyətdə təbii, sağlam bodibildinq və fitnes mühiti yaratmaq, sağlam həyat tərzini təbliğ etmək niyyətindəyəm. Şairliyim və yaradıcılığım da təbii ki, öz yerində davam edəcək.

​Göstərmək istədim ki, bir adam həm qazi, həm hərbçi, həm jurnalist, həm də şair, idmançı ola bilər. Hər şey insanın öz əlindədir. İnsan kamil varlıqdır və istəsə, bir neçə sahəni özündə cəmləşdirə bilər. Mən də məhz bunu sübut etməyə çalışdım".

# 1182 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər