"Oskar"da "Ən yaxşı kastinq" kateqoriyası üzrə təxminlər açıqlandı

"Oskar"da "Ən yaxşı kastinq"  kateqoriyası üzrə təxminlər açıqlandı
9 noyabr 2026
# 11:30

Kino dünyasının ən nüfuzlu mükafatı sayılan "Oskar" müsabiqəsində "Ən yaxşı kastinq" kateqoriyası üzrə ilk təxminlər açıqlanıb.

Kulis.az xəbər verir ki, "Variety" jurnalının mükafat üzrə redaktoru Kleyton Devisin təhlillərinə əsasən, 99-cu "Oskar" mərasimi öncəsi cəsarətli aktyor seçimi edən iki əsas layihə ön plana çıxır.

İkinci ildir ki təqdim olunan bu kateqoriyada səsvermə heyətinin yalnız ulduzlarla dolu filmlərə deyil, orijinal kastinq işlərinə diqqət yetirməsi vacib sayılır:

"Being Heumann" (Rejissor: Sian Heder): 1977-ci il San-Fransisko aksiyalarından bəhs edən dramda kastinq direktorları Bernie Telsey və Adam Kaldvell əsas qəhrəmanın ətrafına 20-dən çox həqiqi əlilliyi olan aktyoru toplayıblar.

"La Bola Negra" (Rejissorlar: Xavier Kalvo və Xavier Ambrossi): İspaniyanın üç fərqli dövrünü əks etdirən ekran işində kastinq direktorları Eva Leira və Yolanda Serrano müğənni Guitarricadelafuente, Penelopa Kruz və Qlenn Klouzu bir araya gətiriblər.

99-cu "Oskar" mükafatının rəsmi təqvimi isə belədir:

16 noyabr 2025: "Governors Awards" şərəf mükafatları təqdimatı (Qlenn Klouz və Ridli Skott).

15 dekabr 2026: 12 kateqoriya üzrə "Oskar"ın qısa siyahıları elan ediləcək.

11–15 yanvar 2027: Namizədlərin müəyyənləşdirilməsi üçün yekun səsvermə keçiriləcək.

21 yanvar 2027: Rəsmi "Oskar" namizədləri açıqlanacaq.

15 mart 2027: Konan O'Brayenin aparıcılığı ilə 99-cu "Oskar" mükafatlandırma mərasimi "Dolby Theatre" səhnəsindən canlı yayımlanacaq.

# 220 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər