Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi
29 sentyabr 2026
# 16:30

İstanbul İtaliya Mədəniyyət Mərkəzi və Ankara İtaliya Səfirliyinin dəstəyi, Pamukkale Universitetinin təşkilatçılığı ilə oktyabrın 13–14 tarixlərində Denizlidə 17-ci İtaliya Mədəniyyət Mərkəzi Arxeologiya Simpoziumu təşkil olunacaq.

Kulis.az xəbər verir ki, "Kəşflər, üsullar və əməkdaşlıq" başlığı altında keçirilən tədbirdə Türkiyə və İtaliya arxeoloqlarının birgə yürütdüyü qazıntı işləri və ən son arxeoloji tapıntılar müzakirə ediləcək.

Proqram oktyabrın 13-ü axşamı İyerapolis Antik Teatrında təşkil olunacaq xüsusi konsertlə start götürəcək.

Simpoziumun akademik hissəsində isə Arslantəpə, Karkamış, Kültəpə, Hattuşa, Tripolis və İyerapolis kimi mühüm arxeoloji məkanlarda aparılan tədqiqatlar qiymətləndiriləcək.

Qeyd edək ki, ictimaiyyətə açıq və ödənişsiz keçiriləcək tədbirin yekun materiallarının kitab halında nəşr olunması və videoyazılarının İtalyan Mədəniyyət Mərkəzinin "YouTube" kanalında yerləşdirilməsi planlaşdırılır.

# 52 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır

Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır

15:41 29 sentyabr 2026
Məşhur türk aktyor vəfat etdi

Məşhur türk aktyor vəfat etdi

14:45 29 sentyabr 2026
Məşhur müğənni niyə sevgilisinin yanına göyərçinə çevrilib getmək istədi?

Məşhur müğənni niyə sevgilisinin yanına göyərçinə çevrilib getmək istədi?

14:00 29 sentyabr 2026
“Yatmış gözəl”  nağılının filmi çəkiləcək

“Yatmış gözəl” nağılının filmi çəkiləcək

13:30 29 sentyabr 2026
ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anıldı

ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anıldı

13:15 29 sentyabr 2026
Türkiyədə İstanbul Saat Festivalı  keçiriləcək

Türkiyədə İstanbul Saat Festivalı keçiriləcək

13:00 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər