Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı
30 sentyabr 2026
# 10:25

Fotoqrafiya sənətinin yaranmasının 200-cü ildönümü münasibəti ilə Türkiyə Fransa Mədəniyyət Mərkəzi İstanbulda sərgilər, mühazirələr və peşəkar görüşlərdən ibarət genişmiqyaslı proqram təqdim edəcək.

Kulis.az xəbər verir ki, 2026–2027-ci illəri əhatə edəcək layihə ilkin vaxtlardan başlayaraq süni intellektlə dəstəklənən müasir vizual texnologiyalara qədər uzanan iki əsrlik tarixi işıqlandırır.

Proqram çərçivəsində oktyabrın 17-dək "Taksim Sənət" qalereyasında Arl Milli Fotoqrafiya Ali Məktəbinin tələbələrinin "Bədən halları" adlı sərgisi, "Baxışdan səhifəyə" adlı foto-kitab layihəsi, həmçinin oktyabrın 8-dən noyabrın 8-dək İstiqlal Sənət Qalereyasında "Levantinlərin İstanbullusu, İstanbulun Levantinləri" sərgisi nümayiş olunacaq.

Tədbirlər silsiləsinin ən diqqətçəkən məqamlarından biri isə 1950-60-cı illərdə Türkiyəni lentə almış üç böyük sənətkarın – fransız fotoqraf Jan Dyözəd, Türkiyənin ilk peşəkar qadın fotoqrafı Yıldız Moran və məşhur Ara Gülərin işlərini bir araya gətirən müqayisəli sərgi olacaq.

Qeyd edək ki, layihə fotoqrafiyanın təkcə keçmişini deyil, gələcək inkişaf meyllərini də sənətsevərlərin mühakiməsinə təqdim edəcək.

# 46 dəfə oxunub

Oxşar xəbərlər

Hollivud uduzu 75 yaşında vəfat etdi

Hollivud uduzu 75 yaşında vəfat etdi

10:11 30 sentyabr 2026
Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər