Türkiyənin Antalya şəhərinin Kumluca rayonuna bağlı Adrasan sahillərində, dənizin 42–55 metr dərinliyində aparılan sualtı arxeoloji qazıntılar zamanı təxminən 2100 il əvvələ aid olan və keramika yüklənmiş batmış gəmidən minlərlə boşqab, kasa və müxtəlif süfrə dəstləri çıxarılıb.
Kulis.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bu tapıntıların antik dövrün dəbdəbəli süfrə dəstlərinə aid olduğunu deyib.
Gəmidə 122 müxtəlif forma və ölçüdə keramika qab aşkar edilib.
Tədqiqatçılar bu qabların qədimdə "Rhosus" kimi tanınan Antakya (Hatay) yaxınlığında istehsal edildiyini və gəminin İtaliyaya doğru hərəkət edərkən fırtınaya düşərək batdığını ehtimal edirlər.
Qabların sandıqlara yerləşdirilərkən aralarına gil qatının qoyulması sayəsində minlərlə il ərzində sınmadan, tam halda günümüzə qədər qorunub saxlanıldığı bəlli olub.
Antik Romanın məşhur natiqi və dövlət xadimi Siseronun da e.ə. 50-ci ildə dostu Attika yazdığı məktubda məhz bu "Rhosus" keramikalarından sifariş verdiyini qeyd etməsi tapıntının tarixi dəyərini daha da artırır.
Qeyd edək ki, gəmidəki tapıntılar antik dövrün ticarət marşrutlarını və keramika istehsalı texnikalarını öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir.
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı
Oxşar xəbərlər
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto
17:54
29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq
17:30
29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq
17:00
29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi
16:30
29 sentyabr 2026
Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır
15:41
29 sentyabr 2026
Məşhur türk aktyor vəfat etdi
14:45
29 sentyabr 2026