Rəssam Əkrəm Tağıyev vəfat etdi

Rəssam Əkrəm Tağıyev vəfat etdi
30 sentyabr 2026
# 12:45

Azərbaycan Rəssamlıq Akademiyasının "Rəsm" kafedrasının baş müəllimi, rəssam Əkrəm Tağıyev vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından məlumat verilib.

Qeyd edək ki, Xalq rəssamı Tağı Tağıyevin ailəsində boya-başa çatan Əkrəm Tağıyev 1974-cü ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirən sənətkar uzun illər ərzində ali və orta ixtisas təhsili müəssisələrində rəsm fənnini tədris edib.

1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rəsm" kafedrasında, 2003-cü ildən isə Azərbaycan Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətini davam etdirib.

Rəssamın əsərlərində mənzərə, portret və natürmort janrlarına geniş yer verilib. "Abşeron", "Dəniz mənzərəsi", "Dəniz və qadın", "Güzgü qarşısında", "Xəzri", "Qobustan daşları", "Avtoportret", "Bakı gecəsi" kimi əsərləri onun yaradıcılıq irsinin mühüm nümunələrindəndir.

# 62 dəfə oxunub

Oxşar xəbərlər

Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

12:40 30 sentyabr 2026
İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

12:20 30 sentyabr 2026
Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

11:00 30 sentyabr 2026
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

10:45 30 sentyabr 2026
Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

10:25 30 sentyabr 2026
Hollivud uduzu 75 yaşında vəfat etdi

Hollivud uduzu 75 yaşında vəfat etdi

10:11 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər