Dünyaca məşhur repçi 50 Centin prodüserliyini icra etdiyi yeni cinayət-dram serialı "Fightland" Londonun yeraltı aləmini ekranlara gətirəcək.
Kulis.az xəbər verir ki, "Sky" platformasında nümayiş olunacaq və baş rolunda Hovard Çarlzın çəkildiyi serial intiqam və boks mövzularını birləşdirir.
"Power" serialının böyük uğurundan sonra fəaliyyətini Böyük Britaniyaya daşıyan 51 yaşlı prodüser, Londonun özünəməxsus enerjiyə malik olduğunu və yeni layihənin keyfiyyətcə "Power"ı geridə qoyacağını iddia edib.
Serial qardaşının ölümündən sonra həbsə düşən və səkkiz il sonra azadlığa çıxaraq Londona qayıdan ağır çəkili boks çempionu Maduka "Duke" Kilroyun intiqam hekayəsindən bəhs edir.
Boksçu ona xəyanət edən cinayət avtoriteti Kinqsli Marşall tərəfindən idarə olunan şəbəkəyə qarşı mübarizə aparır.
Serialda Kinqsli Marşall rolunu Nikolas Pinnok, onun oğlu Ezekiel obrazını isə Çarlz Babalola canlandırır.
Londonun yeraltı aləmi ekranlaşdırılır - Məşhur repçinin prodüserliyi ilə